Ailə həyatında məhəbbətə mane olan amillər

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 2 796
Səs ver:
(səs: 1)
Bəzən müştərək həyatda elə çətinliklər yaranır ki, həyat yoldaşları arasında olan qarşılıqlı anlaşma və ülfət hissi zədələnir. Bu maneələri tanısaq və onları aradan qaldırmaq üçün səy göstərsək, daha xoşbəxt və hüzurlu ailəyə malik ola bilərik.

Ailə xərcləri.
Maddi çətinliklər ailədə münasibətlərə mənfi təsir qoyan amillərdəndir. Ailə həyatında çox sayda münaqişəyə və hətta davaya səbəb olur. Əgər həll olmazsa, bu münaqişə uzun müddət davam edəcəkdir. Pulun olması və ya olmaması əsas məsələ deyildir, mühüm olan - pulu düzgün xərcləmək və israf etməməkdir. Ona görə də ailənin ilk günündən gəlirlərin miqdarına və xərclərə diqqət edilməlidir ki, ailə münasibətlərinə mənfi təsir göstərməsin. O zaman ki, övlad dünyaya gəlir, bu xərclərin miqdarı daha da artır. Ona görə də ailənin gəliri düzgün xərclənməlidir ki, sonradan çətinliklər yaratmasın.

Gözləntilər.
Bəziləri subay vaxtı zehinlərinə elə xəyallar gətirirlər ki, sonradan həqiqətə çevrilmir. Ona görə də ailə quran hər bir gənc bilməlidir ki, bu xəyal idi və onu ailə həyatına daxil etmək olmaz. İstəklərinizinlə xəyallarınız arasına fərq qoyun və istəklərinizi həyat yoldaşınızla bölüşün. Çünki heç birimizin alnında yazılmayıb ki, nələri istəyirik. Bir-birinizlə gözləntiləriniz və istəkləriniz haqqında söhbət edin. Həyat yoldaşınızın hansı rəftarları xoşladığını və hansını xoşlamadığını öyrənməyə çalışın. Yersiz gözləntilər ailə münasibətlərinə mənfi təsir qoyar.

Ailələlərin qarışması.
Qızla oğlan ailə quran zaman öz valideynlərindən tamamilə ayrılmaz, aralarında olan rabitə davam edər. Tətil günlərində valideynlərini görməyə gedərlər və bir süfrədə əyləşərlər. Biz ailəmizin övladı olduğumuz üçün gərək vəzifəmizi yerinə yetirək və bu çox gözəldir. Ancaq onlarla olan rəftarımızı elə tənzimləməliyik ki, şəxsi həyatımızı özümüz quraq. Amma, əlbəttə ki, ağıllı insan məsləhətə qulaq asar, böyük həyat təcrübəsi və bilgisi olan insanların verdiyi tövsiyələrə diqqət edər. Sadəcə, ailə proqramını və üslubunu bütün bu məlumatlar əsasında cavanlar çalışıb özləri qurmalıdır.

Övlada münasibət.
O zaman ki, ailədə övlad dünyaya gələr, bu kiçik mələk özü ilə daha çox səmimiyyət gətirməlidir. Əgər ərlə arvad bir-biri ilə eyni fikirdə olmasalar, ailələr arasında çox sayda problemlərə yol açmış olarlar.

Həyəcanın sönməsi.
Bir çox ailələrlə ən çox çətinlik yaradan mövzulardan biri - əvvəlki günlərin həyəcanının sönməsidir. Ərlə arvadın bir-biri ilə danışmağa mövzuları olmaz. Rəftarları adidir və artıq həyat yoldaşı üçün cazibəli gəlmir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 796
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri