Münasibətiniz artıq evliliyin danışıldığı mərhələyə gəldi, ancaq siz
bunun doğru addım olacağından əmin deyilsiniz? Tərəddüdlərinizin olması
çox təbiidir, çünki evlilik həyatınız üçün atacağınız çox böyük bir
addımdır və qərar vermək də asan deyil. Evliliklə
bağlı şübhələriniz çoxdursa, evliliyə hazır olub olmadığınızı
sorğulamaqda fayda var. Gəlin sizi narahat edən səbəblərə birlikdə nəzər
salaq.
Onun dəyişəcəyini düşünürsünüz?
Əgər qarşı tərəf bəzi
xüsusiyyətlərini dəyişərsə, mükəmməl biri olacağını düşünürsünüzsə, onda
evlilik qərarı vermədən öncə bir dəfə daha düşünməyinizdə fayda var.
Çünki onun dəyişməsini ümid etməyiniz onu tam olaraq olduğu kimi qəbul
etmədiyiniz anlamına gəlir və bu, birlikdə qurulacaq bir gələcək üçün
heç də yaxşı bir əlamət deyil. Evlilik bir-birinizə mükəmməl olmayan
halınızla duyduğunuz sevgi üzərində qurulmalıdır. Əgər onu olduğu kimi
deyil, olmasını istədiyiniz kimi görür və sevirsinizsə, bu gələcəkdə çox
böyük problemlərə səbəb ola bilər.
Bir qaçış yolu axtarırsınız?
Əgər sevgiliniz içində olduğunuz
həyatdan qaçış yolu təklif etdiyi üçün evlənmək istəyirsinizsə, bunun
elə də yaxşı bir hal olmadığını deyə bilərik. Onunla evləndiyiniz zaman
maddi baxımdan və ya başqa səbəblərdən daha rahat bir yerdə olacağınızı
düşünürsünüzsə və daha da önəmlisi evlilik qərarınızdakı ən önəmli səbəb
budursa, bir daha düşünməyiniz yaxşı olar.
Məcbur hiss edirsinizsə...
Evlilik tamamilə sizin verməli
olduğunuz bir qərardır. Sadəcə qarşı tərəf istəyir və ya artıq zamanının
gəldiyini düşünür deyə onunla evlənməyiniz heç doğru deyil. Həmçinin
ailənizdən ya da sosial çevrənizdən gələn evlilik təkidlərini də gözardı
etməyi öyrənməlisiniz. Yaşınızın artdığını, ya da çox gecikmədən bir
uşaq sahibi olmalı olduğunuzu deyən insanları dinləməyin və sadəcə qarşı
tərəflə bir gələcək qurmaq istədiyiniz zaman evlənməyə qərar verin.
Birdən evliliyiniz davam etməz və bu
zaman nə edəcəyinizi düşünürsünüzsə, evliliyə çox da hazır olmadığınızı
demək olar. Əlbəttə evliliyinizin davam etməmə ehtimalı var. Ancaq
öncədən alınmayacağına fokuslanmağınız münasibətinizə güvənmədiyinizin
bir göstəricisidir.