1. Heç vaxt valideynlərin adını çəkməyin.
İş
burasındadır ki, söhbət əsnasında danışdıqlarınız yalnız özünüzə və
partnyorunuza aid olmalıdır. Bir-birinizin yanında heç vaxt valideynləri
xatırlatmayın. Valideynlərə görə inciklik sizə o qədər təsir edə bilər
ki, bunun altından illərlə çıxmaq çətin olar. Həmçinin valideynlərinizə
də sizin ailə işlərinizə qarışmağa imkan verməyin. Tutaq ki, bunların
hamısı baş veribsə, bu o deməkdir ki, mübahisə təkcə ər və arvad
arasında yox, iki ailə arasında cərəyan etməkdədir. Belə bir mübahisəni
rahatlıqla düşmənçiliyə çevirmək olar. Hətta ər və arvad arasında
harmoniya bərpa olunsa belə, ailələr arasında xoşagəlməz münasibətlər
yerində qalacaq, bu da yalnız həyatı çətinləşdirəcəkdir.
2. Hər bir zorakılıqdan uzaq durun.
Adətən
mübahisə zamanı gözəl xarakter, alicənablıq, xanımlıq kimi
xüsusiyyətlər çox da qalmır. Buna görə də, bəzən nəzarət itir, danışıq
məcradan çıxır, məsələ yumruq davasına gedib çıxır. Siz hər nə qədər
əsəbi də olsanız, özünüzə və partnyorunuza şiddət və zorakılığa meyl
etmək imkanı verməyin. Yəni buna şərait yaratmayın. Çünki sevdiyin insan
tərəfindən ağrı çəkmək, sizin aranızda olan sevgini sarsıda bilər.
3. Heç vaxt boşanmağın adını çəkməyin.
Mübahisə
zamanı heç vaxt boşanma adını çəkməyin. Çünki bu söz kişi və qadın
arasında işlənə biləcək ən incidici sözdür. Əgər mübahisə zamanı
tərəflərdən biri tez-tez boşanma adı çəkirsə, deməli, bir müddət sonra
bu, həqiqətən də reallaşacaqdır. Əminliklə deyə bilərik ki, siz hələ də
bir-birinizi sevirsizsə, əsəbləşib impulsiv boşanmanı
gerçəkləşdirdiyiniz üçün bir gün bu əmələ görə peşman olacaqsız.
4. Mübahisə zamanı heç vaxt evdən getməyin.
Adətən
filmlərdə belə göstərirlər ki, ər ya arvad evdən tələsik çıxır ki, öz
munisinə çataraq ondan üzr istəsin. Lakin real həyatda bu baş verən
deyil. Mübahisə zamanı evdən qaçmaq ən səriştəsiz davranışdır. Ən yaxşı
üsul isə partnyorun kinayəli sözlərinə, replikalarına susmaqdır.
Sakitləşəndən sonra isə baş verən münaqişəni çözmək mümkündür.
5. Heç vaxt ayrı yatmayın.
Siz
öz partnyorunuzla bir yerdə yatmalısız. Necə ki, bunu mübahisə
etməmişdən qabaq edirdiz. Bu gərginliyi azaltmaq üçün ən yaxşı üsuldur.
Ola bilər ki, əvvəlcə bir-birinizə arxanızı çevirəsiz, amma bundan
sonra, elə ki yuxuya getdiz, gündəlik adətləriniz sizin incikliyinizə
üstün gələcəkdir. Səhər ayıldıqda isə, çox güman ki, partnyorunuzun
sizin üzünüzə baxaraq, sizə gülümsədiyinin şahidi olacaqsız.
Vəssəlam, dava-dalaşa son!