Nədir bu bədən uyğunlaşması?
Bədən uyğunlaşması, əlaqələrin gedişatına necə təsir edir?
Evliliyin
təməlini sevgi, güvən, sədaqət, sağlam ünsiyyət kimi dinamiklər meydana
gətirməsinə qarşı, cütlüklər arasındakı birlikdəliyi güclü edən çox
əhəmiyyətli bir faktor daha var, o da cinsi həyat…
Cütlükərin
sevgisi, aralarındakı ünsiyyətin sağlam olması ya da güvən duyğusu nə
qədər möhkəm olursa olsun, əgər cinsi həyatlarından çətinlik varsa, o
evliliyin uzun ömürlü ya da xoşbəxtlik çərçivəsində davam etməsi
çətinləşir.
Üstəlik
problem,erkən boşalma, ereksiya problemləri, vajinismus kimi müalicəsi
mümkün olan bir çətinlik deyilsə və problemin adı bədən uyğunlaşması isə
cütlükəri çətin günlər gözləyir deməkdir.
Cinsi həyatın xoşbəxt evliliklərə təsiri
Ürəklərdə
sonsuz sevgi ilə başlayan evliliklərdə,cütlüklərin cinsi həyatlarının
nə qədər hiss edici olub olmadığı son dərəcə əhəmiyyətlidir. Bəzi
araşdırma nəticələrinə görə, yüzdə 70, bəzilərinə görə isə yüzdə 80 kimi
ciddi nisbətlərə çatan, cütlükərin cinsi həyatlarının evliliyə təsir
etməsi şübhəsiz fövqəladə bir əhəmiyyət daşıyır.
Bədən uyğunlaşmazlığı "İlk Gecə Qorxusu" ilə qarışdırılır
Bəzi
narahatlıqlar, semptomları səbəbiylə başqa narahatlıqlarla qarışdırıla
bilir çox vaxt. Bədən uyğunlaşmazlığında da vəziyyət belədir. Bədən
uyğunlaşmazlığı ilk baxışda, "ilk gecə qorxusu" düşünülə bilir.
Bədənlərin kimyası varmı?
Niyə
bəzi cütlüklər bir-birinə toxunmadan dayana bilməzkən, bəziləri
toxunmamaq üçün bəhanə axtararlar?Niyə bəzi cütlüklər həyat yoldaşları
olmadan tək başına yata bilməzkən, bəziləri eyni evin içində ayrı
yerlərdə yatarlar? Bu sualların tək bir cavabı var; bədənlərdəki
uyğunlaşma və uyğunlaşmazlıq.
Elm
insanları beynimizin kimyasına bağlı olaraq,vücudumuzun və dolayısilə
bədənimizin də kimyasının olduğunu ifadə edirlər. Cütlüklərin
bədənlərinin uyğunlaşması da bu şəkildə reallaşır. Bənzər hormonlar
ifraz olunursa, cütlüklər arasındakı libido yəni cinsi enerji yüksək
olur.
Müalicəsi varmı?
Tam
bədən uyğunlaşmazlığından qaynaqlı problemlərin həlli qeyri-mümkün kimi
görünür. Əgər problem həqiqətən ilk gecə qorxusundan ya da cütlərin
hələ bir-birinə alışa bilməməsindən qaynaqlanırsa mütəxəssis köməyi ilə
olan problem həll edilir.
Sualim
evli xanımlara!Sizcə də bədən uyğunlaşması vacibdirmi?Bəs elə ola
bilərmi ki,bir-birini sevən cütlüklər arasında bədən uyğunlaşması
olmasın?