Evliliyinizdə bədbəxt olduğunu düşünməli deyilsiniz

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 1 606
Səs ver:
(səs: 0)
Bir həftə sonu səhəri oyandınız və fərz edək ki bu gün təmizlik gününüz. Onsuz da yorğunsunuz amma evinizin yaxşı bir təmizliyə ehtiyacı var. İşə girişib bir gözəl təmizləyirsiniz hər yeri deyək. Xüsusilə mətbəxinizə daha da bir diqqət göstərir, qazınızın üzərini, yerləri parlayana qədər təmizləyirsiniz. Və budur təmizlik bitdi. Artıq eviniz, xüsusilə də mətbəxiniz içinə girməyə qıya bilməyəcəyiniz qədər təmiz və sanki işıldayır. Bir yorğunluq qəhvəsinin tam zamanı indi. Lakin qəhvəniz üçün istilətdiyiniz süd qəhvədanı birdən əlinizdən sürüşür və süd yeni təmizlədiyiniz ocağa tökülməklə qalmır, yerləri də məhv edir. Kabus kimi deyilmi...

Səhərə geri dönüb bir də digər ssenarini düşünək: Bir həftə sonu səhəri oyandınız və fərz edək ki bu gün təmizlik gününüz. Evinizin yaxşı bir təmizliyə ehtiyacı var amma onsuz da yorğunsunuz.Təmizliyi başqa zamana təxirə salıb yaxşıca istirahət etmək fikri də pis deyil sanki. Əvvəl yaxşı bir qəhvəylə ayılsanız da sonra qərar versəniz daha yaxşı olacaq bəlkə də! Lakin qəhvəniz üçün istilətdiyiniz süd qəhvədanı birdən əlinizdən sürüşür və süd yeni təmizlədiyiniz qaza tökülməklə qalmır, yerləri də məhv edir. Bir an ürəyinizi qaraldan görünüşə baxıb dərin bir nəfəs alarsınız, amma sonra ağlınızdan sizi sakitləşdirən cümlə keçir: "Boş ver, onsuz da hər yer çirkli, bir salfet ilə qurulayım olsun bitsin."

Yeni evli olduğunuzu və hər etdiyiniz yeməyə, hər geydiyinizə, yoldaşınıza qarşı hər davranışa diqqət göstərdiyiniz günləri düşünün. İlk böyük mübahisə hər əlaqə üçün bir zədədir. Göstərdiyiniz o qədər diqqətə baxmayaraq belə bir döyüş yaşamaq, həm bütün əməyinizə haqsızlıq kimi gəlir, həm də bir çox "görəsən"lər yığışar ağlınıza.
İlk mübahisə sanki xəyalini qurduğunuz hər şeyi, o günə qədər yaşadığınız bütün gözəllikləri çirklətmişdir. Tərtəmiz mətbəxinizə tökülən süd kimi bir anda sizi ümidsizliyə sürüyər, özünüzü yeni tək bir şey daha edə bilməyəcək qədər yorğun hiss etdirər. Əlbəttə zaman içində ağrısı gəlir keçər və həyat təkrarlanana dönər.

Bir də evliliyinizin çox gərgin və davamlı çətinlikli olduğunu düşünün. Artıq o qədər diqqətsizləşmisiniz ki yeni bir mübahisə yaratmaqdan çəkinmək belə dayansın, bilə-bilə mübahisə yaratdığınız zamanlar belə olar. Mübahisə etmək artıq vərdişiniz halına gəlmişdir necə olsa. Onsuz da bədbəxt bir əlaqəyə sahib olmanın diqqətsizliyi ilə heç bir səyə ehtiyac olmadığını düşünər, evliliyə xüsusi heç bir fədakarlığa ehtiyac duymazsınız belə. Onsuz da mətbəx çirklidir, ha doqquz ha on, heç fərq etməz necə olsa.

Halbuki evliliyin qədəri bədbəxtlik olmaq məcburiyyətində deyil. Bir az diqqət bir az səy möcüzələr yarada bilər. Çirkli xatirələri təmizləmək, yerinə xoşbəxtlik parıltıları qata bilmək zənn edildiyi qədər çətin deyil inanın. Bu yeniliyə niyyət etmək və təmizliyə haradan başlayacağımızı bilmək, kafi bir başlanğıc nöqtəsidir.

Başlanğıc nöqtəsi bir terapistten kömək almaq, davranış qəliblərimizi dəyişdirmək, evlilik dinamikliyimizi dəyişdirmək kimi bir çox alternativdən biri ola bilər.

Yetər ki, içinizdə bir yerlərdə saxladığınız, özünüzü xoşbəxt etmək üçün kafi diqqəti tapıb çıxardın. Siz buna dəyərsiniz...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 606
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri