Evlilik təklifindən sonra bunları edin

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 017
Səs ver:
(səs: 0)
Bir an əvvəl hər kəsə elan edin
İlk sırada təbii ki ailələrinizi olmalı. Amma digər bütün dostlarınız üçün bu xüsusi xəbəri vermək üçün yaradıcı bir yolla bu hadisəni həm əyləncəli edəcək, həm də yaddaşda qalacaq. Əgər bir pişiyiniz ya da itiniz varsa onun boyuna "Mənimkilər evlənir" yazan bir kart asaraq şəkilini çəkib hər kəsə göndərə bilər ya da ictimai mediada yalnız nişan üzüklü əllərinizlə hər kəsi təəccübləndirə bilərsiniz.

Manikür etdirin
Çünki artıq əlləriniz bir müddət sizdən daha çox diqqət mərkəzi olacaq. Evlənmə təklifi aldığınızı eşidən hər kəs üzüyünüzü maraqlanaraq əllərinizə baxacaq. Tərtəmiz parlayan tek qaşınızı baxımsız, lakları köhnəlmiş əllərinizdə göstərmək istəməzsiniz əmin olun. Həm yaxında evlənirsiniz, ərköyünləşməyə haqqınız var. Gedin bir gözəllik salonlarına, özünüzə başdan aşağıya bir baxım etdirin.

Toy tarixi qəti olmasa da ağılınızda bir tarix təyin edin

Təbriklərdən sonra ən çox soruşulan sual "nə vaxt?" olacaq. Ağılınızdan keçən tarixi ailə və dostlarınızla paylaşın ki onlar da həm bu xoşbəxt gündə sizinlə olacaqlarını bilsinlər həm də özlərini bu tarixə gore hazırlasınlar.

İnsanların ən çox soruşduğu suallardan biri də "Necə təklif etdi?" sualıdır.

Dizlərinin üzərinəmi çökdü, yoxsa şərabın içinə üzükmü qoydu? Eyni hekayəni dəfələrlə izah etmək istəmir ya da o əhəmiyyətli günə aid bir detalı atlamaqdan çəkinirsinizsə dərhal bir blog açın. Blogunuza bütün detalları yazın və hər kəsə elan edin. Saysız dəfə eyni hekayəni izah etməkdən xilas olmuş olarsınız.

Diyetə başlayın
Əgər o həmişə xəyal etdiyiniz gəlinliyə necə girəcəyinizi qara-qara düşünürsünüzsə dərhal bir diyet planı edin. Diyetisyenle ya da diyetisyensiz bir planı son həftələrə qalmadan həyata keçirin. Son günlərə sıxışdırılmış bir diyet sağlam olmayacaği kimi təxmin etdiyiniz nəticələri də verməyəcək. Hətta nişanlınızı da razı salın ki bir-birinizi motivasiya edərək kilolarınızdan daha asan xilas ola bilin.

Xərcləmə planı edin
Hadisənin həyəcanına qapılıb büdcənizin xaricinə çıxmamaq və həyatınızın ən xüsusi gününü hələ borclarını ödədiyiniz bir gün olaraq xatırlamamaq üçün ayağınızı yorğana görə uzadın. Ən başda bir büdcə təyin edin və sonuna qədər ona uyğun iş görün. Toy üçün bir anlıq həyəcanla edəcəyiniz gərəksiz xərclər yerinə o pulu həyatınızın geri qalanını planlamaq üçün istifadə edin.

Araşdırmaya başlayın
Evlilik jurnallarına mütləq nəzər salın. İnternet saytlarındakı minlərlə evlilik və toy fikirlərinə nəzər salın. Gəlinliyinizə, tortunuza, dəvətnamənizə, toy yerinə nə qədər əvvəlcədən qərar versəniz planlama mərhələsində o qədər rahatlayar və sizə kömək edəcəklərin işini də o qədər asanlaşdırmış olarsınız.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 017
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri