Həyat yoldaşınız ayrılmaq istəyir?

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 1 858
Səs ver:
(səs: 0)
Bütün qızlar atalarını məmnun etmək arzusu ilə böyüyürlər. Böyüdükləri zaman isə münasibət yaşadıqları insanları yaxşı geyinərək, pul qazanaraq, dostları ilə yaxşı rəftar edərək, onun istədiyi filmi izləyərək razı salmağa çalışırlar. Çünki qadınlar münasibətə kişilərdən daha çox əhəmiyyət verirlər. Buna görə də özlərini yaxınlıq qurmağa, fədakarlıq etməyə məcbur hiss edirlər. Bəzi qadınlar tək qalmaq, sevilməmək qorxusu yaşayırlar və bunun öhdəsindən gəlmək üçün münasibətlərdə həddindən çox verici olan tərəfə çevrilirlər. Sizin də yaşadığınız kimi həddindən artıq fədakar olmaq çox sevilməyi təmin etməməsi ilə yanaşı, həm də kişilər tərəfindən tərk edilməyinizə və o qorxduğunuz təklik ilə üz-üzə qalmağınıza səbəb ola bilər. Qadınlar nə üçün həddindən artıq fədakardır? Həddindən artıq fədakar olan qadınların tipik bir xüsusiyyəti də özlərinə inamlarının az olmasıdır.

Yetərsiz olmaqdan qorxurlar. Bunun səbəbi isə uşaqlıqdan böyüklüyə daşıdıqları həll edilməmiş problemlərdir. Uşaqlıqda heç sevgi görməmiş ola bilərlər. Buna görə də ömür boyu sevgi aclığı çəkə bilərlər. Sevilmədikləri zaman hiss etdikləri acını davamlı şəkildə gizlətmək istəyirlər. Uşaqlıqda diqqət və tərif görməmiş qadınlar münasibətdə olduqları kişiyə sevgi yağdıraraq keçmişdəki dərin üzüntülərini yox edəcək böyük bir qarşılıq görməyi ümid edirlər. Yəni siz də həddindən çox verici bir qadınsınızsa, səbəb uşaqlıqda ata-ananızdan ala bilmədiyiniz sevgi ola bilər. Sevgiyə həsrət qalmış həddindən artıq fədakar qadınlar qarşılarındakı kişidən sevgi ala bilmək üçün özlərini fəda etməli olduqlarını düşünürlər. Özlərini olduqları kimi sevilməyə layiq görmürlər, bunun təsiri ilə təkcə həddindən çox verici olduqda sevilə biləcəklərini düşünürlər. Buna görə də münasibətlərində daim şənlik, sürpriz, əyləncə qaynağı olmaq kimi həddindən artıq yorucu missiyalar götürürlər. Halbuki heç kəsin ondan belə bir gözləntisi yoxdur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 858
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri