Nəsillərin söyüş nəsihəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 232
Səs ver:
(səs: 0)
İllərdən bəri qorunub saxlanılan, nəsildən – nəsilə əmanət kimi ötürülən adət və ənənələri aşağılamaq fikrim heç vaxt olmayıb. Burada nə yaxşı, nə də pis bir şey görmürəm. Lakin qanımıza hopmuş bir neçə gərəksiz hesab etdiyim xüsusiyyətlərimiz var ki, onların unudulmasını çox istəyirəm. Təbii ki , ailələr müxtəlif olur, bir ailəyə məxsus cəhətdən yazan və danışan zaman heç kəsdə bütün ailələrin bu cür olması təəssüratı yaranmamalıdır. Beləliklə də elə bir başa mövzuya keçirəm.

Hamımız bilirik ki, bir çox ailələrdə kişi öz arvadının atasına söyüş edir. Çox pis bir xüsusiyyət olmasına baxmayaraq bir ənənə kimi bəzi kişilər qoruyur bu vərdişi. Bunun necə böyük bir ədəbsizlik olduğunu bilə - bilə bu cür rəftar edənlər var. Tanıdığımız, tanımadığımız çox ailələrdə bu vəziyyət mövcuddur. Bu qəbahətin bir neçə tərəfi var ki, şəxsən məni əməlli – başlı qıcıqlandırır. Həmişə “ Böyüyə hörmət etmək bizə babalarımızdan qalıb “ deyə öyünürük. Tərbiyənin ən böyük göstəricilərindən biri böyüyə itaət etməkdir. Bu mövzuda atalar sözləri də az deyil. Əksəriyyətimiz bu adətə mümkün qədər əməl etməyə çalışırıq. Qəribədir, bəzi kişilər öz böyüyünə hörmətlə yanaşıb onu bütləşdirdiyi halda qadının böyüyünə isə söyüş edir. Özünün valideynlərinə müqəddəs varlıq kimi baxıb, arvadından da bu cür baxışı tələb edən kişi qarşı tərəfin böyüklərini təhqir edərkən səhv etiyinin fərqinə varmır. Birindən “köpəkoğlu “ kimi nalayiq sözü eşidəndə ölüm- dirim savaşına çıxan kişi arvadına “köpəyin qızı” deyərkən necə bir alçaldıcı hərəkət etdiyindən qətiyyən utanmır. Belə nəticəyə gəlmək olur ki, oğul böyüdən böyüklər hörmətə , qız böyüdənlər isə təhqirə layiqdirlər. Bəyəm qadını da kişiyə çəkilən zəhmətin eyniylə böyütməyiblərmi?

Ən pisi isə budur ki, ataları söyülən qadınlar da, digər insanlar da bu halı normal qarşılayırlar. “Kişi döyər- söyər“ deyə hətta haqq qazandıranlar da var. Ataları söyülən qadınlar da susurlar. Susmayıb neynəsinlər axı ərə cavab qaytarmaq qəbahətdir. Elin qınağına tuş gəlmək istəməz heç bir qadın. Maraqlıdır, o təhqir olunan valideynlər özləri belə ata evini tərk edəndə qızlarına “mənə lap söysələr də cavab qaytarma“ deyə bunu öyüdün bir formasına çevirirlər. Deməli, ər evində xoşbəxt olmağın yolu söyüşdən keçir. “Ər evindən yalnız meyitin çıxmalıdır“ öyüdü ilə ərə gedən qızlar necə desinlər ki, atamı niyə təhqir edirsən?“ “Hamı çətinliklə arvad olur“ deyən anaların qızları da millətin təfəkkürüncə çətinlik çəkib arvad olmalıdır. Deməli xoşbəxtlik budur ki, sən döyülüb- söyülərək qocalıb 10- 15 nəvə - nəticə sahibi olmusan. Qızlar elə bununçün böyüdülür. Bu cür ailələrdə böyüyən oğlan uşaqları da bu “ənənəni“ sevə- sevə qəbul edir və özü də atası tək beləcə övladlarının babasını söyür. Bir yandan da qız uşaqları bu mənzərəyə alışır və o da anası kimi sükutla qarşılayır bu təhqiri. Arvadını öz valideynlərinə sitayiş etməyə məcbur edən bəzi kişilər unudurlar ki ,bu məcburi hörmət də elə onun öz qayınatasına və qayınanasına etdiyi təhqirdən fərqlənmir. Əgər o sitayiş ürəkdən inanaraq edilmirsə heç bir məna kəsb etmir.

Əslində elə böyüklər özləri belə tərbiyə edirlər övladlarını. Oğlanları evlənəndə ona “xanımının valideynlərinə hörmətlə yanaş“ deyən olmur. Əksinə bu cür rəftar edən oğlu nankorluqda qınayırlar. Nəticədə də seçkinlik və hörmətsizlik yaranır.

Bu ədalətsiz rəftarın nəticəsində belə düşünmək olur ki, ümumilikdə böyüklük anlayışı yoxdur. Böyük hər kəsin özünün böyük hesab etdiyi şəxslərdir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 232
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri