Evlilik insan şəxsiyyətini nə qədər dəyişdirir?

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 433
Səs ver:
(səs: 0)
Adətən, çox insan ailə quran dostlarının nə qədər kobud və sıxıcı hala gəldiklərindən şikayət edir. Bəs vəziyyət, həqiqətən də, belədirmi? İnsan evləndikdən sonra dəyişirmi?

Qadinla.com xəbər verir ki, psixoloqlar evlənən insanların bir-birinin tələblərinə cavab verməməsi və yaxud hər halından məmnun olan insanların evliliyə daha uyğun olduğu sualına hələ də cavab tapa bilməyib.

Lakin bu kontekstdə aparılan araşdırmalar başqa bir insana bağlanıb onunla yaşamağın həm müsbət, həm də mənfi dəyişikliklər etdiyini ortaya çıxarıb.

Evlilik insandan sədaqət və gələcəyə dair düşünmək, plan qurmaq bacarığını tələb edir. Ailə qurmaq çox insan üçün həm də yaşam tərzində böyük dəyişiklik deməkdir. Bundan başqa, eyni insanla yaşamaq üçün səbr və diplomatiya vacib detallardır. Sadaladığımız nüanslarla bağlı geniş araşdırma aparılsa da, evliliyin insan şəxsiyyətinə olan təsirləri çox araşdırılmayıb.

Bu mövzuda ən son araşdırma Almaniyada, 15 000 insanla birlikdə aparılıb və 4 il ərzində ailə quran insanların şəxsiyyətindəki dəyişikliklər müşahidə edilib.

Qadın və kişilərdə fərqli nəticələr

Almaniyanın Münster Universitetinin müəllimi Culi Speştin rəhbərliyi ilə aparılan araşdırmada 664 insan iştirak edib. Bu zaman evli insanlarla subay insanlar arasında şəxsiyyət dəyişimi baxımından nələrin baş verdiyi müəyyənləşdirilib

Bu araşdırma yeniliyə meyillilik və sosiallıq elementlərinin evli insanlarda getdikcə azaldığını təsbit edib. Məhz bu amil subayların evlənən insanları daha sıxıcı və maraqsız təqdim etməsinə səbəb olur.

Evli qalmağa davam edən insanlarla boşanan insanlar arasında da önəmli fərq vardır. Bu fərq boşanan insanların həyatlarını maraqlı və rəngarəng keçirmə istəyindən əmələ gəlir. Belə ki, boşanan insanlar öz həyatlarına daha çox diqqət ayırır və daha sərbəst, eyni zamanda məsuliyyətli olmağa can atır.

Bu hal, xüsusilə, kişilərdə daha sıx rast gəlinir. Kişilər evlənib boşandıqdan sonra duyğusallığı bir kənara qoyub məntiqlə və məsuliyyətli, təhklükəsiz və risksiz formada yaşamağı üstün tuturlar.

Evlilikdə lazım olan iki önəmli bacarıq

Hollandiyanın Tilburq Universitetinin psixoloqu Tila Pronkun rəhbərliyi altında aparılan araşdırmada evlilikdə iki önəmli bacarığın vacib olduğuna diqqət çəkilib:

Özünə nəzarət edə bilmək (evliliyin gələcəyi üçün susa bilmək bacarığı)

Fədakar olmaq (həyat yoldaşının səhv etdiyi anlara ilişib qalmamaq)

Araşdırma zamanı məlum olub ki, bu iki özəllik ailə quranların əksəriyyətində olmasa da, zaman keçdikcə formalaşmağa başlayır

Ailə qurduqdan sonra xoşbəxt olmaq və həyatdan zövq almaq məsələləri hansı səviyyədə olur?

Araşdırmalar göstərir ki, evlilikdən bir müddət sonra xoşbəxtlik və həyatdan zövq almaq hisləri pik nöqtəyə çatır, lakin 1 ildən sonra sürətlə geriləməyə başlayır.

Evlilikdən öncəki şəxsiyyət

Evliliyin bir insanın xoşbəxtliyinə hansı formada təsir etdiyini müəyyənləşdirən ən önəmli faktorlardan biri insanın evlilikdən öncəki şəxsiyyətinin vəziyyətidir.

Bəziləri üçün evli olmaq ömürlük xoşbəxtlik qaynağı ola bilir. Xüsusilə, məsuliyyət, güvən hissi, asosiallıq kimi özəllikləri daha çox olan qadınlar ilə sosiallığa üstünlük verən kişilərin evləndikdən sonra həyatdan məmnunluq hislərinin artması müşahidə edilir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 433
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri