Boşanmanın qarşısının alınmasının 7 qaydası

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 1 724
Səs ver:
(səs: 1)
Kişi və qadın münasibətləri tarix boyu bəşəriyyətin diqqət mərkəzində olan məsələlərdən biridir. Ümumiyyətlə insanlar arasındakı münasibətlər bütün dövrlərdə ən cox müzakirə obyekti olub. Son zamanlar dünyada o cümlədən ölkəmizdə evlilik cütlükləri arasında münasibətləri o səviyyədə gərginləşir ki, sonunda bu münasibətlərin pozulmasına və boşanmaya gətirib cıxardır.
Ailələrin dağılması isə cütlüklər arasındakı münasibətlərə son qoyur və bundan həm özləri həm də uşaqları psixoloji cəhətdən çox əziyyət cəkir. Əlbətdə siz deyə bilərsiniz ki, bəşəriyyət özünü tanıyandan bu həmişə belə olub. Mən sizinlə razıyam, amma qeyd eləmək istəyirəm ki, son zamanlar bu problem elə bir səviyyəyə gəlib catib ki, artıq narahat etməyə bilməz. Ailələrin dağılması müxtəlif səbəblərdən baş verir.

Ailə Münasibətləri İnistutunun rəhbəri olmuş Dr. Pol Popnou ailə münasibətlərinin uğursuz nəticələnməsinin 4 əsas səbəbini aşağıdakı ardıcıllıqla göstərir:
Cinsi uyğunsuzluq
Boş vaxtı necə kecirilməsində yaranan fikir ayriliğı
Maliyyə çətinlikləri
Əqli, fiziki və ya emosional anormallıqlar
Cox zaman boşanmaların əsas səbəbi kimi Maliyyə cətinliklərini göstərilir. Amma Ailə münasibətləri üzrə ABŞ hakimi Qoffman bildirir ki, 10 boşanmadan 9-na Cinsi cətinliklər səbəb olur.
İnsan münasibətləri üzrə böyük ekspert olan Deyl Karneqi öz “Necə dostlar qazamaq və insanlara təsir etmək olar ” kitabında 7 praktik qayda göstərir hansına ki əməl etməklə ailə həyatını xoşbəxt və firavan etmək olar. Bu qızıl qaydalar aşağıdakılardır:
Heç bir halda yersiz irad tutmayın
Həyat yoldaşınızı dəyişməyə cəhd etməyin(xarakterini və ya özünə məxsus hər hansı bir cəhətini)
Tənqid etməyin
Səmimi qəlbdən minnətdar olmağı bacarın
Bir az diqqətli olun
Nəzakətli olun
Nigahın cinsi tərəfi haqqında yaxşı bir kitab oxuyu
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 724
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri