Evliliyə hazırlaşan cütlüklərə yeni xəbər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 097
Səs ver:
(səs: 1)


Evliliyə hazırlaşan cütlüklər bu xəstəliklərdən müayinə olunacaq.

Azərbaycanda ailə qurmaq istəyən şəxslərin nikahdan öncə məcburi qaydada tibbi müayinələrin aparılacağı xəstəliklərin adları ilkin olaraq müəyyənləşib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, qanunvericiliyə təklif olunan yeni dəyişikliyə görə, ailə qurmaq istəyənlərin nikahdan öncə tibbi müayinədən keçmələri icbariləşəcək.

Onun sözlərinə görə, bu xəstəliklərin sırasına hemofiliya, talassemiya, hepatitlər, HİV infeksiyası, bəzi zöhrəvi xəstəliklər daxildir.

"Cinsi yolla və qanla keçirilən bəzi xəstəliklər var ki, nikaha girən şəxslərin bu barədə məlumatlı olması zəruridir. Belə xəstəliklər aşkar olunduğu halda, həmin şəxslər dünyaya övlad gətirmələrinə özləri qərar verməlidir", Quliyev deyib.

Qeyd edək ki, ailə qanunvericiliyə görə, nikaha girən şəxslər könüllü olaraq tibbi müayinədən keçməlidirlər.

Tibbi müayinənin könüllü olması isə, nikaha girən şəxslərin xəstəlikləri barədə məlumatsız olması, yolxucu və qan xəstəliklərinin yayılması və xəstə uşaqların doğulması ilə nəticələnir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 097
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri