Analar və qızlar

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 4 406
Səs ver:
(səs: 4)
Ailə insanın isti bucağı,sevimli ocağıdır.Yalnız ailədə inciyənlər barışır,sevgililər qovuşur.Ona görə də ailə çox dəyərlidir və tarixən də çox dəyərli olmuşdur.Ailə elə bir ocaqdır ki,onun başına yığışmağa hamı tələsir.Qızlar ilk gündən tellərini sığallayanda nişanlı haqqında düşünürlər.Rəfiqələri nişanlananda ona həsədlə baxır,öz-özlərində köks ötürər,nə vaxt onlara da nişan gələcəyi haqqında düşünürlər.Nişan gələndə isə artıq gələcək xoşbəxt ailə həyatı barəsində düşünməyə başlayırlar. Lakin hamı xoşbəxt olurmu? Təssüf ki,yox.Niyə?! Bunun səbələri çoxdur.Əvvəla,düşünün,oğul-qız yiyəsi olan analar onları ailə həyatına hazırlamaq məsələsini əsas məsələ kimi nəzərdə tuturlarmı? Təssüf ki,yox.”Mənim oğlum,mənim qızım”deyən ana,sinəsinə döyən ana! Sənindirmi o oğul və ya qız?
Biz ilk gündən,hələ uşağı bələyən gündən düşünməliyik-oğlumuz,qızımız böyüyəcək,bir gün ata-ananın isti bucağını qoyub pərvazlanacaq,özünə yuva qurmağa gedəcək,başqa insanlar içində olacaq,cəmiyyətdə addımlayacaq,tanımadığımız,xislətinə bələd olmadığımız,bir qadının,bir kişinin gəlini,kürəkəni olacaqdır.
Bu günki gəlin sabahkı anadır.Övlad sahibidir.Övlad canlıdır,övladın əzab-əziyyəti böyüklərdən qat-qat çoxdur.Elə buna görə də məsləhətdir ki,qızlar ər evinə cehiz aparanda bu cehizin yanına kitablar qoşsun.Nizamini,Füzulini,S.Vurğunu,Samiri,M.Arazı oxuyub dərindən düşünməyən qızımızda,oğlumuzda ailə çətinliklərinə sinə gərən mətanət və dəyanət,ən ülvisi isə məhəbbət tapmaq olarmı? N.Tusinin,A.Bakıxanovun öyüdlərini qızlarımız sırğa edib qulaqlarından asmalı,oğlanlarımız bunlardan öyüd alıb qəlblərində gəzdirməlidir.
Xoşbətlikdən,zəkadan danışıram.Məgər qaynana,baldızla münasibətləri yaxşılaşdırmadan bunlardan danışmaq olarmı?
Ailə üzvlərinin içərisində qaynana xüsusi yer tutur.Gəlin ilk növbədə bu sözün mənasına diqqət edək.”Qaynımın anası”-nə üçün belə deyilmişdir? Tarixən Azəri qızları öz ablr-həyalarına qısılaraq”ərimin anası” sözünü işlətməmiş,hörmət ehitiram mənasında "qaynımın anası” "qaynımın anası” yəni "qayınanası” və nəhayət "qaynana” sözünü işlətmişlər.
Qaynana və gəlin münasibətləri! Deyirlər,cənnətda qızıldan iki gözəl taxt qoyulmuşdur. Biri ən yaxşı qaynana,digəri isə ən yaxşı gəlin üçün nəzərdə tutulmuşdur və bu günə qədər bu taxtlardan heç biri tutulmamışdır.Mübaliğədir.Yaxşı qaynana,yaxşı gəlinlər də var.Gözləyənlərə qismət olsun.
Bəs gəlinlə qaynananın münasibətlərini pozan nədir? Məhəbətt,bəli məhəbbət.Onların hər ikisi bir nəfəri sevirlər.Gəlin gənclik məhəbbəti ilə,qaynana ana məhəbbəti ilə.Məhəbbət insanın üzərinə borc və vəzifələr qoyur,onun davranışının,hərəkət və fəaliyyətinin motivi olur.Bəli,onlar hər ikisi güclü məhəbbətlə bir nəfəri sevdiklərinə görə münaqişə yaranır,çünki bir nəfəri iki adam arasında bölüşdürmək,parçalamaq mümkün deyildir.Ona görə də gəlin və qaynana bir-birinə güzəştə getməyi bacarmalıdır.
Gəlin öz yerini bilməli,qaynana tədbirli,səbirli olmalıdır.Çünki,gəlin cavandır,onun məhəbbəti qüvvətlidir.Gəlin gəlib gün görməyə,dövran sürməyə.Gəlin də bir evin əzizi,iki gözü olub,onu sevib əzizləyiblər.Bəzən səhvən ərkəsöyün ediblər.Bax buna görə deyirdim ki,ana bələyə qoyanda bilsin ki,qız onun deyil,başqasınındır,bir gün getməlidir,getdiyi yerdə də özünə yadlardan ana etməyi,bacı və qardaş etməyi,bəzən qərib ellərdən özünə el-gün etməyi bacarmalıdır.

(səs: 4)
Şərhlər: 4
Baxılıb: 4 406
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri