Gəlin ki, olmuşam...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 260
Səs ver:
(səs: 2)
Bir kişinin gözündə hər zaman yüksəkdə olmaq istəyi qaynanalar və gəlinlər arasında bitməz-tükənməz çəkişmələr yaranmasına səbəb olmuşdur. Qısqanclıqdan və qəbul etmə problemi səbəbindən bu iki qadın arasında sözün əsl mənasında çox böyük problemlər yaşanılmış və yaşanmaqdadır. Hətta bu yolda bir-birlərinə ən qorxulu pislikləri belə etməkdən çəkinməyiblər.
Qaynana bəlkə də həyat yoldaşından görmədiyi hörməti oğlundan umduğu üçün onu heç cürə "başqa biriylə" paylaşmaq istəmir. Bu zaman bir-birinə hədsiz sevgi və hörmətlə bağlanan cütlüklər arasında belə söz-söhbət düşə bilir. Elə ailələr də var ki, kişi qadınına əl qaldırır, səbəb məhz qaynana olur. Sizi deyə bilmərəm, mənim heç cür qəbul etmədiyim bir problemi də qaynanalar gəlinə yaşatmaqdan sanki zövq alırlar. Nədir bu? Qaynana cavanlıqda öz gəlinlik çağlarını əzab-əziyyətlə başa vurub deyə, mütləq gəlin də onun yaşadığı həyatı yaşamağa məhkum olmalıdır. Axı niyə?

Bu problemlərin çözümü bir də o vaxt həllini tapa bilmir ki, ananın bütün yükü artıq oğlunun üstündə olur. Yəni ata rəhmətə gedib və ya ailədə boşanma olubsa, deməli, birmənalı şəkildə oğul anasına baxmaq məcburiyyətindədir.
Qaynana tərəfindən hansı hallarda problem yaşanır?
"Bu uşağı mən doğmuşam, onun mənə hər zaman ehtiyacı var, oğlumun məni unutmaması üçün hər zaman onun yanında olmalıyam. İdarə məndə olmalıdır, çünki oğlumun evi mənim evimdir".
Bəs görək gəlinlər nə düşünür?
"Qaynanam hər mövzuda işlərimizə qarışır. Tez-tez mənə nə iş görməli olduğumu xatırladır, hətta, elə bil, məni oğluna qulluqçu tutmuş kimi davranır. Sanki mən ancaq onun oğlunun könlünü şad edəcək işlər görmək məcburiyyətindəyəm. Hər gün oğluna məndən qeybət edib, məni onun gözündən salmaq istəyir, oğlunun məndən ayrılması üçün hər vasitəyə əl atır. Hətta bəzən uşaqları belə mənə qarşı yönəltməyə çalışır. Ən dözülməzi isə əşyalarımı tez-tez yoxlayır.".

Baxın, əziz xanımlar, bu saydıqlarım bəlkə də bir çoxlarınızın yaşadığı, bir çoxlarınızın isə yaşaya biləcəyi problemlərdir. Qaynana-gəlin probleminin həll olunmaz olduğunu söyləsələr də heç olmasa problemləri dərinləşdirməmək üçün anlayışlı və səbrli olmaq mütləqdir. Düzdür, deyirlər məsləhət vermək asandır, onu yaşayanın halından xəbərsiz olanlar üçün nə var bunu etməyə?! Amma bilin ki, səbrlə insan ən çətin olanı belə həll etməyə qadir olur. Hər halda hələ ki, gəlinim olmasa da, gəlin ki olmuşam...
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri