Gəlinlərlə qaynanalar niyə yola getmir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 922
Səs ver:
(səs: 1)
Bəlkə də yüz illərdir dilimizdə gəlin və qaynana münasibətləri var. Bu məsələ adət-ənənəmizdə o qədər böyük yer alıb ki, haqqında yüzlərcə hekayə tapa bilərsiniz. Amma bu günə qədər gəlin-qaynana münasibəti həllini tapmayıb. Gəlin-qaynana problemləri çox vaxt cütlüklərin boşanmasıyla nəticələnir. Çox vaxt da gəlin-qaynana bir evdə yaşayırsa, bu mövzuda bir sıra problemlər çıxır. Bir yerdə yaşamadıqları vəziyyətlərdə də müxtəlif problemlər olur. Gəlin və qaynana arasında yaşanan problemlərin başlıca səbəbləri evin idarə olunması və qarşılıqlı mehriban münasibətdir. Bu da gəlinlər üçün böyük problem hesab olunur. Gəlin və qaynanalar niyə yola getmirlər? Çünki bizim adət-ənənəmizdə ailə qurmazdan əvvəl qızların fikirlərinə qaynanaları haqqında yalnış fikirlər yeridirlər, bu da gələcək ailənin xoşbəxt olmamasına, gəlinlərin qaynanaları haqqında yalnış fikirdə olmasına, həyat yoldaşları ilə münasibətlərin korlanmasına gətirib çıxarır. Qaynananın gəlinə qarşı səhv fikri Bəzi insanlar yaşadıqları lazımsız təcrübələrdən dərs alıb ona edilənləri gələcəkdə başqalarına edirlər. Bir vaxt gəlin olan qaynanalar öz qaynanalarında pis davranışlar gördüyünə görə bunu öz gəlinlərinə də tətbiq edirlər. Bəlkə də özü belə gördüyünə görə "qaynana modeli" onun üçün belədir. Qaynanalar oğullarını paylaşa bilmirlər Bəzi ailələrdə uşaqlar tam şəkildə özləri haqqında qərar verə bilmirlər. Bunun səbəbi həmişə onların yerinə qərar verən və onlar üçün fikirləşən bir anaları olmalarıdı. Belə bir ana-övlad münasibətinə "ayrılmaz münasibət" deyilir. Belə bir münasibətə sahib olan oğlan evləndiyi zaman ana, yəni qaynana gəlnini özünə rəqib görür və onu oğlundan uzaq tutmaq üçün hər bir şey edir. Ər və arvad arasında olan şəxsi məsələləri hər kəs öz anası ilə müzakirə edir Hər ailədə vaxtaşırı bir az problemlər ola bilər. Hətta deyə bilərik ki, heç problem olmayan bir ailə normal sayıla bilməz. Əgər onlar hər problemin həllini birlikdə tapsalar, həm öz münasibətlərini möhkəmləndirəcəklər, həm də daha mehriban olacaqlar. Çox böyük olmayan problemlərin ər-arvad arasında qalması və həllini tapması çox vacibdir. Hər problemə ailələr qarışsa, işin içindən çıxmaq mümkün olmayacaq. Həyat yoldaşı ilə olan kiçik bir problemi anasına deyən oğlan gəlin və qaynana arasında gərginliyə səbəb olur. Ya da ailəsində olan və qaynanası ilə olan problemi öz anasına deyən gəlin öz ailəsində də problem yaradır. Ər-arvad və ailələr arasında məsafə İki insan evlənən zaman bir ailə olmağın ilk addımını atmış olurlar. Cütlüklər ailələrindən ayrılıb öz ailələrini qururlar. Ona görə də cütlüklər əvvəl çıxdığı ailə ilə bir az sərhəd saxlamalıdır. Amma bu vəziyyət çox vaxt tam tərsinə olur. Cütlüklər maddi vəziyyət, ailənin idarəsi, uşaq tərbiyəsi kimi məsələlər kimin əlində olduğunu ayıd edə bilmirlər və bu səbəbdən də cütlüklər və ailələr arasında mübahisələr yaranır. Gəlinlərə və qaynanalara məsləhət Hörməti heç vaxt əldən verməyin. Ən çox da gəlinlər bu məsələlərdə diqqətli olmalıdırlar. Evləndiyiniz adamın ailəsini sevmək məcburiyyətində deyilsiz. Amma hörmət eləmək məcburiyyətindəsiz. Əgər hörməti əldən verməsəniz və bu qanuna görə davransanız, yaşadığınız problemlər çox böyüməyəcək və yenə hörmət sayəsində həll olunacaq. Mən nəyə görə hörmət eləmək məcburiyyətindəyəm? Bu cümləni ağlınızdan çıxartmalısız; qaynananız sizin həyat yoldaşınızın anasıdır, həyat yoldaşınızı sevirsinizsə və xoşbəxt bir ailəyə sahib olmaqfikriniz varsa, bunları fikirləşmək belə sizə qaynananıza hörmət eləməyə kömək edəcək. Onu da bilin ki həyat yoldaşınızın ailəsiylə yaşadığınız problem həyat yoldaşınızla olan münasibətinizə təsir edəcək. Qarşı tərəfi anlamaya çalışın Tanınmış bir alimin gözəl bir sözü vardır: "Əgər başa düşsəniz, nifrət etməzsiniz." Əgər qarşı tərəfi anlamağa çalışsanız, hərəkətlərinin arxasındakı səbəbləri tapa bilsəniz, qarşı tərəfi daha rahat başa düşəcəksiniz. Problemləri həyat yoldaşınızla həll edin Qaynananızla yaşadığınız problemləri qaynananıza deməzdən əvvəl yoldaşınızla danışın. Belə etdikdə problemi əvvəlcədən həll etmiş olacaqsınız. Gəlinlərin yaşayışını rahatlaşdırmaq qaynanaların əlindədir. Qaynanalar bir vaxt özləri də gəlin olduğunu və eyni yollardan keçdiyini xatırlayarsa, gəlinlərini yaxşı başa düşəcək və ona qarşı mehriban olacaq. Həm də qaynanalar gəlinlərinə qarşı nə qədər mehriban və səmimi olarlarsa, gəlinlər də həyat yoldaşlarının ailələrinə daha tez öyrəşib qəbul edəcək, həm də isti münasibət quracaq.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 6 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri