Gəlinlərin diqqətinə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 691
Səs ver:
(səs: 1)
- Yoldaşınızın anası, əlbəttə, sizin öz ananız deyil, onu tamamilə öz ananız yerinə qoymanıza ehtiyac yoxdur. Ancaq həm ana və daha da önəmlisi yoldaşınızın anası olması etibarilə hər cür hörmətə layiq olduğunu unutmayın.

- Öz ananızdan gözlədiklərinizin hamısını qayınananızdan gözləmək yerinə onu olduğu kimi qəbul etməli və ailə xüsusiyyətlərinizin fərqliliyini nəzərə almalısınız.

- "Yoldaşım mənim həyat yoldaşım olduğu kimi, anasının razılığını qazanmaq məcburiyyətində olan bir övladdır" anlayışına da sahib olmalısınız.

- Hörmətlə və sevgi dolu xitablarınız olmalıdır.

- Yoldaşınızın anası ilə isti bir bağının ola biləcəyini qəbul etməli, bundan ötəri yoldaşınızı və qayınananızı günahlandırmamalısınız.

- Özünüzü qayınananızla müqayisə etməməlisiniz. Rollarınız çox fərqlidir. Hər ikiniz də öz mövqeyində birincisiniz. Yoldaşınızın sizi müqayisə etdiyini düşünsəniz, bu mövzuda rahat olduğunuzu və anasını qısqanmadığınızı hiss etdirməlisiniz.

- Qayınananız ilə yaşadığınız mənfiliklər evliliyinizə mənfi əks oluna biləcəyi kimi, əlaqələrinizin müsbət olması da evliliyinizi daha da gücləndirəcək.

- Ailədə söz-söhbət ola bilər. Anlayışlı olmalısınız.

- "Yalnız yoldaşım üçün deyil, bu mənim insani vəzifəmdir" anlayışıyla da qayınananıza xoş davranmalısınız.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri