O qədər özümüzdən,hislərimizdən...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 972
Səs ver:
(səs: 0)
O qədər özümüzdən,hislərimizdən, yarım qalan xoşbəxtliklərimizdən vaz keçmişik ki başqasını anlamağı qoyaq kənara,aldığımız yaraların təsirindən xəbərsiz yaşamışıq bu günə qədər.Onlar nə deyər deyə içimizdə bir yerlərdə bacarıqlarımızın,etiraf etməyə çəkindiyimiz sözlərimizin,sevgisinə inanmayıb sonsuz sevdiyimiz insanların yığılıb qalmasını hiss etməkdən başqa heç nə gəlməyib əlimizdən. Sırf sevgili olmaq üçün sevənlərimi deyim,sırf söz olsun deyə danışmaq istəyəmlərimi? Mənfəət üçün öz dəyərlərini heçə sayanlarımı deyim,özündən başqa heç kimi düşünməyənlərimi? Özünə öyrəşdirib səbəbsiz gedənlərimi deyim,heç nə olmamış kimi həyatımızda olmağa çalışanlarımı? Bunu heç vaxt unutmayın ki dünyada yaşanan bütün anormal şeylərə rəğmən bu heyatdasınız,varsınızsa deməli həyatla baş edəcək qədər gücünüz olduğu üçündür. Heç yoxmuş kimi davrananları var etməyə çalışmaqdansa yox etməyə çalışdıqlarınızı var edin. İnsanlar hər zaman danışmağa bir mövzu tapacaqlar,çoxu yarğılayacaq,qalanı qiymət verəcək. Elə yaşayın ki,edə biləcəkkən etmədiyiniz şeylərin peşmanlığını yaşadığınız bir anda tapmayasınız özünüzü. Hər insanın səhvi olur. Kitab eyni kitab olandan sonra başqa səhifənin açıla bilməsi mümkünsüzlüyünü qavrayaraq davam edin.Elə davam edin ki,səhvlərinizlə yaşamağı,yaddan çıxartmaq yerinə yaşadığınız pis hadisələrlə üzləşməyi bacarasınız. Çünki bununla daha güclü olduğunuza varmış olacaqsınız. Və əgər olarsa birdən ürəyinizlə ağlınızın arasında qalsanız mütləq şəkildə ağlınızı seçin.İnsanlar ürəyinizdən,güvəninizdən,sirlərinizdən,yaşadıqlarınızdan,hislərinizdən vurmağı bacarır çünki. Ağlınızla isə vuran siz olursunuz.Ürəyinizlə qərar verməyi,ürəyi ilə sevənlərə saxlayın.Heç kim sizdən dəyərli deyil,yaşadıqlarınızı unutmayaraq,bir daha təkrar etməyəcəyiniz səhvlərinizi bilərək yaşayın.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 972
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri