Dostumsan, yoxsa sevgilim?

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 2 060
Səs ver:
(səs: 1)
Çox xoşunuza gələn biri bəzən sizə dostdan da artıq, bəzən isə sadəcə dost kimi davranırsa və ağlınızı qarışdırırsa, münasibətinizi dəyərləndirməkdə fayda var.
Çünki ağılda yaranan bu suallar heç kimi rahat buraxmaz. Dəqiqləşdirmək mütləqdir, əks təqdirdə sevgiliniz olmasını istədiyiniz şəxsin davranışlarını sadəcə özünüz görmək istədiyiniz şəkildə görər və xəyal qırıqlığı yaşayarsınız.

Xoşunuza gələn şəxsin dostunuz, yoxsa sevgiliniz olması ilə bağlı ağlınızda yaranan suallara bu yazıdacavab tapın.

— Əgər ağır iş rejiminə rəğmən, sizin üçün vaxt ayıra bilirsə, bu, sizə dəyərverdiyini və özəl hisslər keçirməyə başladığını göstərir.

— Ortaq dostlarınız var?
Xoşlandığınız şəxs sizi dostları ilə tanış edibmi? Tanışlıq zamanı sizinlə necə davrandı?
Onların yanında sizinlə necə davranması ipucu ola bilər. Əgər sizə də digər dostları kimi davranırsa, dost olma ehtimalınız yüksəkdir.

— Özəl günlərdə sizə daha özəl davranması yaxınlıq dərəcənizi artırdığını göstərə bilər.

— Son anda harasa getməklə bağlı proqram qurursa və daha əvvəldən getməyi planlaşdırdığı yerəsizi də dəvət edirsə, sadəcədostsunuz. Ancaq həftəninəvvəli zəng edib digər həftə üçün sizinlə birgə həftəsonu proqramı hazırlayırsa, sevgili olmaq ehtimalınız yüksəkdir.

— Siz zəng etdiyinizdə artıq bir planının olduğunu deyirsə və gedəcəyi yerə sizə də dilucu dəvət edirsə,deməli, dostsunuz. Ancaq dostları ilə qurduğu planı təxirə salaraq, gəlməyiniz üçün sizə təkid edirsə, sevgili olmaq şansınız yüksəkdir.

— Birlikdə ikən keçmiş sevgililərdən söz açırsa, sevdiyi qız haqqında sevgiylə danışırsa, sadəcə dostsunuz. Amma keçmiş sevgililərdən söhbət düşdükdə mövzudan yan keçirsə, sevgili olmaq ehtimalınız böyükdür.

— Məktəbdəki, iş yerindəkiuğurunu və ya hər hansı bir sevincini başqalarından eşidirsinizsə, sadəcə dostsunuz. Tam əksi, həyatındakı ən kiçik dəyişikliyi belə, zəng edib sizə xəbər verirsə, sevgili olmaq şansınız var.

— Ayda bi-iki dəfə görüşürsünüzsə, hər dəfə də siz zəng edib görüş təklif edirsinizsə, dostsunuz. Hər gün ən az bir dəfə zəng edirsə, bəhanə edib mesaj yazırsa,sevgili olmaq üstünlüyünüzçoxdur.

— Xəstə olduğunuzdan başqasından xəbər tutursa, sadəcə telefonla zəng edib bir neçə kəlməyləötüşdürürsə, dostsunuz. Sizi özəl hiss etdirəcək şəkildə həkimə yönəldirsə, sevgili olmaq şansınız yüksəkdir. Kişilərin çox vaxt özəl hiss etdirdikləri xanım sevgili olmaq istədikləri şəxsdir.

— Xarici ölkəyə səfər etdiyini başqasından eşidirsinizsə, dostsunuz. Amma bunu sizə əvvəldən xəbər veribsə və gəlməyəcəyinizi bilə-bilə dəvət edirsə, böyük ehtimalla sevgili olmaq yolundasınız.

— Söhbət sevgidən düşəndə “uzun müddətli münasibətə hazır deyiləm, mənə belə rahatdı” kimi cümlələr qurursa, dostsunuz. Ancaq qapını aralamaq istəyirmiş kimi sevginin hər zaman lazımlı olduğunu və uyğun birini tapmağın çətin olduğunu deyirsə, onun üçün dostdan da artıqsınız.

— Sadəcə sizi əsəbiləşdirmək üçün sevmədiyiniz zarafatları edirsə, kobudlaşırsa, arqo ifadələr işlədəcək şəkildə çox rahat danışırsa, dostsunuz. Əksinə, xoşunuza gəlməyən şeyləritəkrarlamırsa, hər kəlməsinə diqqət edirsə, xoş davranmağa çalışırsa, sevgili olmaq şansınız yüksəkdir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 060
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri