İlk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 568
Səs ver:
(səs: 0)

İlk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq

İlk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq. B.Dizraeli Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə ragmən sevirlər. V.Hüqo Hər bir sevgi əbədi olmaq istəyir. E.M.Remark Heç sevgi ilə ağılın ümumi bir cəhəti varmı? İ.V.Höte Sevgi hər zaman dünyaya həddən artıq dar baxış deməkdir. F.Bekon Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar. H.Heyne Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur. P.Bruast Zəruri olanda- birlik, şübhəli olanda – azadlıq, hər şeydə məhəbbət var. A.Avqustin Hamımız məhəbbər üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir. B.Dizraeli Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur. F.Dzerjinskiy. Bir kişinin bir qadına aşiq olması kifayət oldu ki, dünya indi olduğu kimi olsun. Volter Əgər siz sevdikləriniz uğrunda özünüzü qurban verməkdən başlarsanız, bu, özünüzü qurban verdiklərinizə nifrətlə bitər. V.Hüqo Sevgi ölümdən qoruya bilmirsədə, heç olmazsa , həyatla barışdırır. H.Senkeviç Əgər insan 40 yaşınadək aşiq olmayıbsa, o, bundan sonra daha aşiq olmasa yaxşıdır. B.Şou Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür. H.Heyne Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır. M.Qorkiy Həyat o qədər məharətlə qurulmuşdur ki, nifrət etməyi bacarmadan, qəlbən sevmək olmaz. M.Qorkiy Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb. F.Laroşfuko Tale insana qarşı nə qədər qəddar olsada, insan nə qədər tərk edilmiş və tənha olsada, hər zaman, bəlkədə ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar. H.Lonqfello Sevir, çünki sevir, sevmir, çünki sevmir – hisslərin və ehtirasların məntiqi qısadır. A.Hersen Sevmək başqasına yaxşı hesab etdiyin nemətləri arzulamaqdır, həm də özün üçündeyil, sevdiyin üçün arzulamaq və mümkün qədər onu bu nemətlə təmin etməkdir. Aristotel. Dostluqdada, sevgidədə əvvəl-axır hesablaşmaq vaxtı gəlir. B.Şou Həyat - çiçəkdir, sevgi isə - onun şirəsi. V.Hüqo Məhəbbət – ideal, nigah – real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür. İ.V.Höte Sevgi – ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz. A.Hertsen Məhəbbət – nə keçmişi nə də gələcəyi tanımayan yeganə ehtirasdır. O.Balzak Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır. F.Dzerjinskiy Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq. V.Publiy Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. V.Hüqo Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır. B.Şou Sevgidə yeganə qələbə qaçışdır. N.Bonapart Ahıl yaşda eşq eybə çevrilir. O.Balzak

 

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 6 568
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri