Sevginin 7 QANUNU - hərkəs bilməlidir!

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 2 225
Səs ver:
(səs: 0)
Qadınlar sevginin özüdür əslində. Birinin anası, qızı, bacısı və sevgilisi olaraq bizlər kişilərin qəlbinə sevgi aşılamaye bacarığıba sahibik. Əlimizdə böyük bir güc var. Bu əslində biz qadınlar üçün vacib bir vəzifədir. Sadəcə əvvəl özümüz üçün nəyin lazımlı olduğunu biləmimiz ve özbenliğimizi keşfetməyimiz vacibdir.

Həqiqətən kimik? Bu nöqtəyə necə gəldik? Öz həyatımızı necə yaşayırıq yoxsa başqasınkini?
Çoxumuz kədərli hadisələr yaşamadan kim olduğumuzu tam olaraq kəşf etmirik. Çətin münasibətlərə girmədən, bizə zərər verəcək birisinə bağlanmadan, dibə vurmamışdan faktlarla üzləşmirik. Bəzən bu hallarda qaldığımız anda bütün gücümüzlə özümüzü kənara atırıq də bəzən içimizdəki o gücü kəşf etmək illər alır. Çox vaxt bu həyatımızda gördüyümüz ən çətin şey olur.
Özümüzə bir arzu obyekti seçirik və bizi ən dibə çəkməsinə icazə veririk. Geri addım atmaq, imtina etmək zaman keçdikcə çətinləşir. Amma içinizdə fərqində olmadığınız bir güc var. Orada olduğunu bilmirsiniz, bəlkə, lakin sadiq bir əsgər kimi illərdir sizinlədir. Sizə zərər verən bağlardan xilas olmağınız və sağalmağınız üçün sizə ancaq bu gücünüz müavin olabilir.doğru bir şəkildə əlaqə qurmaq mümkündür və buna dəyər. Həqiqət bağı batmaz və dumanın içində buraxmaz.
Həqiqi sevgi, heç bir şeyə ehtiyac duymayan, istəməyən və ya soruşmayan gün işığı kimidir, sadəcə işıq saçır. Hər zaman yüksəkdədir və vericidir. Bunu anladığımız ve hissettitimiz an heç vaxt daha azına qane ola bilmərik.

Əvvəl özünüzü sevib

Özünüzə qiymət vermədən bir başqasının sizə dəyər verməsini gözləmirsiniz. Özünüzlə təkbətək qalmağı və bundan kef almağı öyrənin. Heç kim sizdən daha xüsusi deyil, öz gücünüzü kəşf edin, tək başınıza da xoşbəxt ola biləcəynizin fərqinə varın. Dəyərlərinizə, əqidənizdən, fikirlərinizə imtina etmədən də sevin ağlınıza tutun.

Münasibətlərinizi gücləndirin

Çətinliklərin içində də hər zaman bir yol vardır. Sıxıcı, içinə qapanmış və ya narazı hiss edirsinizsə, bunun səbənini münasibət qurmağınızda ya da bir şeyləri bölüşməməkdə ola bilər.
Bir şeyləri səsli demək onları dağıtmamağın və əlaqənin inkişafının yeganə yoludur.

Etiraf etməkdən qorxmayın.

Həqiqi güc təslim olmaqdır.bir şeylərə qayda qoymaq sizi daha güclü edər. Dərin bir nəfəs alın və hər hissənizin tamamilə arxayınlaşmasına yol verin. Kənardan həll edilməsi mümkünsüz görünən bütün o qarmaşık problemlər, içəridən baxanda çox daha az qorxuducu oluyor.

Fərqliliyi qəbul edin

sevgi qəbul etməkdir. Sevdiyiniz insanı bütün fərqlilikləri qəbul etməyi öyrənmək və dəyişdirməyə çalışmamaq sizə hüzur verər. Həm də ən yaxşı komandalar fərqli güclərə malik insanlardan ibarətdir. Bir-birinizə oxşamaq məcburiyyətində deyilsiniz, amma bir-birinizi tamamlayabilərsiniz.

Unutmayın, məhəbbət sonsuz bir oyundur və əgər doğru oynanılsa, itirmək üçün bir səbəb olmaz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 225
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri