Ad günün mübarək sevgilim

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 2 653
Səs ver:
(səs: 2)
Sən mənim qalan yarımı tamamlamaq və sevmək üçün doğulmusan.

Sən mənə güclü olduğumu və ikinci ürəyimin olduğunu göstərmək, məni yaşatmaq üçün doğulmusan.

Sən məni xoşbəxt edən hər şeyi mənə vermək üçün yanımdasan, məndən sevgini əsirgəmirsən.

Hər ad günündə səninlə olum, sən tortun şamlarını üfləyəndə mən "ürəyində arzu tut, bizim haqqımızda" deyim, sən də mənə gülümsə və arzula.

Sonra şamları üfləmək üçün ürəyi gedən balaca mələyin gəlsin, onu hər görəndə "yaxşı ki, mən bu dünyaya gəldim" deyəsən.

Neçə yaşın olursa, olsun məni 20 yaşındakı kimi sev. Hər gün çoxalan sevginlə.

İstəyirəm səni hamı tanısın, onlar mənim necə varlı və xoşbəxt olduğumu görsünlər. Bunu, mən, sənin varlığında tapmışam.

Sənə baxdıqca səni Yaradanın necə gözəl və sevgiyə həmişə ehtiyacım olduğunu hiss edirəm. O sənə ən gözəl sevgiləri və təbəssümləri yaşatsın.

Hər yaşına qədəm qoyduqca, xoşbəxtliyi daha dərin yaşayasan və sevgini sənə hiss etdirən bütün gözəlliklər səninlə olsun.

Səninlə qurduğumuz bütün xəyallar gerçəkləşsin, xəyallarda olduğundan daha da şirin olsun. Axı sevgimiz şirindi. :)

Sevgim, hörmətim, gözəl ailə, verə biləcəyim xoşbəxtlik sənə hər ad gününün hədiyyəsi olsun sevgilim.

Ad Günün Mübarək Sevgilim! Səni Sevirəm!

Mənbə: Qadınlar.Co
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 653
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri