Bax belə sevərəm səni.. ❤

Müəllif: Barbaris
Şərhlər: 9
Baxılıb: 1 946
Səs ver:
(səs: 0)
Sus indi... Yalnız dinlə...

Elə sevərəm ki səni, gözün açıqkən ətrafında gördüyün
insanların siluetinə qarışar məndən bir şeylər.
Saçlarım, gülüşüm, danışığım.

Ətrafındakı insanlara mən gözüylə baxarsan artıq.
Ən çox səsimi bənzədərsən.
Sanki yanı başındaymışam kimi.
Yatarkən addımı sayaqlayarsan şüursuzca.

Eşidənlər kim olduğumu soruşduqda
qızarar üzün şərh edə bilməzsən.
Açıqlama etmək istəsən
üç hərfi yan-yana gətirib adıma 'EŞQ' deyə bilməzsən.
Bax belə sevərəm səni.. ❤
Elə sevərəm ki səni,
adımı ağzına almağa qorxarsan.
Elə bir sarılaram ki sənə,
illər əvvəl itirdiyim uşaqlığıma qovuşmuş kimi.
Gözlərinin kölgəsində keçirərəm
ömrümün ən gözəl illərini...

Bir sözlə elə sevərəm ki səni,
iməkləmədən qaçmaq kimi,
ölüb də dirilməyi gözlərcəsinə.
Gözümdən düşən yaşa
baxmadan bir sevərəm ki səni,
tanıya bilməzsən özünü..
Səni elə sevərəm ki, özümdən xəbərim olmaz.
İçimdə bir yaşaram səssizcə.

Qiyaməti unudaram səmaya açılan ovuclarında.
Keçmişimi belə istiqamətləndirərəm
sən mənim yanımda olanda..
Bax belə sevərəm səni.. ❤
Qorxmaram nə sevməkdən nə də itirməkdən.
Rəbbimin mənə hədiyyəsi olmağın şükürlerimi çoxaldar.
Şükr edərəm həm varlığına, həm yoxluğuna.
Mənimlə ya da mənsiz keçirdiyin hər anına...

Qısqanclığıma söz etdirmərəm.
Paylaşa bilmərəm səni.
Paylaşa bilmərəm səsini,
nəfəsini, gülüşünü qısaca hər şeyini.
Həsrətin tərifini edə bilməz lüğətdəki bütün sözlər.
İtirər mənalarını sənin
olmadığın zamanlardakı gülüşlər.
Sənə mənim gözümlə
baxan gözlərə beddualar edərəm!!

Elə sevərəm ki səni, "Hardan səni sevdim"
deyə şikayətlər edərsən.
Amma əslində bu şikayətlərin altında gizlənən
"İllərdir harda idin sən" düşüncəsi... :)
Bax belə sevərəm səni.. ❤
Baax belə sevərəm səni,
İLLƏR KEÇSƏ BELƏ DAHA DA DADLANAN ŞƏRAB KİMİ ツ
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1 946
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri