Hələ itirirsən

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 979
Səs ver:
(səs: 2)
Bir müddət sonra kaşkilərdən darıxanda, "hələ"lərə sığınırsan
Məsələn, sən hələ də onun üçün darıxırsan. Onu hələ də dəlilər kimi, ilk günkü kimi sevirsən. Onu görəndə hələ də ilk günkü kimi həyəcanlanırsan. Hələ də ona doğru qaçmaq istəyirsən. Hələ də ilk hansınızın mesaj edəcəyini düşünürsən. İlk mesaj atan o olsa hələ də sanki çox böyük bir hadisə olmuş kimi havalara uçacağını hiss edirsən. Hələ də telefonda danışanda və bağlamağınız lazım gələndə "ilk sən bağla sonra mən bağlayım" dediyini xatırlayırsan. Hələ də gecələr başını yastığa qoyanda xəyalını qurduğun yeganə adam O. Hələ Də səhərləri onunla bağlı bir yuxun yadına düşməyəndə özünə hirslənirsən. Hələ də bir şeylər yolunda getməyəndə, yolunda getməyən şeyləri anlatmaq istədiyin tək adam O. Hələ Də mahnıları dinləyib "məgər o bu mahnını bilirmi görəsən, heç dinləmişmidir"? Deyirsən. Hələ də mahnılarda "bunu bildiyin mənim üçün yazıblar" deyirsən. Hələ də bayırda özünə dair yeni bir şey alanda, ya da hər hansı bir şey öyrəndikdə ilk ona danışmaq istəyirsən. Hələ də hər hansı bir mağazaya gedəndə ona götürmək istədiyin şeylər olur, ona çox yaraşacağını düşündüyün şeylər. Hələ də başqaları ikinizin adını bir cümlədə keçirəndə pis bir şey deyərlər - deyə qorxursan. Hələ də onun ayaqqabı nömrəsini, ev ünvanını, telefon nömrəsini, ən sevdiyi filmləri, ən sevdiyi mahnı, hansı komanda saxladığını adın kimi bilirsən. Hələ də onu itlər kimi sevirsən. Hələ də onun dəstəyini gözləyirsən. Hələ də ona sarılmaq istəyirsən. Hələ də sırf birləri "o artıq səni sevmir" dediyi üçün gəlib hamının qarşısında səni sevdiyini söyləməsini arzulayırsan. Bu sətirləri oxuyarkən hələ də birlikdə keçirdiyiniz şeylər ağlına gəlir. Hələ də ondan imtina edəcək qədər cəsarətli davrana bilmirsən.
Hələ sevirsən.
Hələ də itirirsən.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 979
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri