Bir qadının qəhrəmanı

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 428
Səs ver:
(səs: 0)
Bir qadının qəhrəmanı"Qadınlar onları güldürən kişiləri sevər.
Qadınlar onları sevən kişiləri sevər.
Qadınlar onlara yaxşı davranan kişiləri sevər.
Qadınlar seksual kişiləri sevər.
Qadınlar şən kişiləri sevər".

Bu siyahı, belə sonsuzluğa qədər uzanır gedir.
Əslində, bilirsənmi, qadınlar yalnız qəhrəmanları sevir.
Bəzən işdən yorğun düşüb evə gəlib yatıb qalarsan.
Üşüyürsən ancaq, yuxuyla oyaqlıq arasında o şirin keçiddə, üzərinə bir adyal almağa qalxa bilməzsən. Elə o anda, üzərinə örtülən bir yelək də olsa; O adam sənin qəhrəmanındır.

Bəzən dünyanın yükü ağır gəlir, qaldıra bilməzsən. Gözün nə yemək, nə uşaq görmək istəyir. Elə o anda, qapıdan içəri girib heçnə demədən şkafdakı toyuğu gözəl bir yemək halına gətirən adam, sənin qəhrəmanındır.
Bəzən dünyanın bütün dənizlərindəki, bütün gəmilərin eyni anda batar.
Ailəndən biri ölür. Evin yanır. Ya da nə bilim ağlına gəlməyən hər şey sənin başına gəlir. Elə o anda, min ton ağırlığında başını söykədiyin o sağlam çiyin, sənin qəhrəmanındır.

Qəzəbdən ağlını itirmək üzrəsən bəzən. İş yerindəki stress, restorandakı pis yemək, park yerini işğal edən qonşun, yuyunmamaq üçün min dərədən su gətirən uşağın, heç bir şeydən məmnun olmayan müdirin əl-ələ tutaraq həyatını film sətinə çevirəbilər. Elə o anda, alt dodağın sarkmışken və təzyiqin 5e düşmüşkən; Mənasız komik bir zarafat edib səni güldürən kişi, sənin qəhrəmanındır.

İçin içinə sığmadığı zamanlar yoxdur? Var əlbəttə. Olmaz mı? Bir sevinc, bir delifişəklik halı, içindəki səs atan lunapark susdura bilməzsən. Elə o anda, enerjini ruh sorucular kimi işlətmək yerinə, sənin xoşbəxtlik ölkənə çıxmağı nəzərə alan adam, sənin qəhrəmanındır. Əlindən tutub barlarda sabahı açan, əlindən tutub 2 qədəh arağı gözlərinin içinə baxaraq devirən. Əlindən tutub bir daha heç buraxmayan.

Buradan baxanda çoxmu qarışıq gəldi? Çoxmu çətindir? Çoxmu, daş daşıdım da yoruldum halıdırmı? Amma həyat, ucuz qəhrəmanlıqlarla dolu. Amma həqiqi qəhrəmanlıq pulla alınmayacaq qədər bahalı. İçdən gələn qədər ucuz, etməsi asan, qiymətdə ağır, yükdə yüngül bəzi kiçik qəhrəmanlıqlar.
Yeganə şərti sevmək. Sevə-sevə etmək. Öz-özünə. Eləcə. Bir anda. Tam o anda. Salfet istəyirmiş kimi. Gözünə soxmazmış kimi. Edib də başına qaxmazmış kimi.

Hər qadın böyük məhəbbətini axtardığı o yolda əslində kiçik bir qəhrəman arayır. Bəziləri yolun başında tapır. Bəziləri, tapdığını zorla qəhrəman edər. Bir çox qadın qəhrəman bir atayla doğur. Ya da bir çox qadın atasına bənzəyən o qəhrəmanı axtararkən gözlərini yumur.
Bu səbəblə, bir qadının qəhrəmanı olmaq, həyatda heç bir şeyə dəyişilməz. Bir qadının qəhrəmanı olmaq, geyiminizdən, bəzəyinizdən statusunuzdan heç bir şey əksiltməz.

Bir qadının qəhrəmanı olmağı bacarsanız, uşağınızın da qəhrəmanı olacaqsınız, öz həyatınızın da.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 428
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri