Unuda bilmədim səni mən, məni sən unutduğun kimi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 030
Səs ver:
(səs: 0)
Ölmək dünyada unudulub getməkmiş, ölmək bir kəfən geyməkmiş, ölmək o soyuq o qorxunc və o qara torpağa girməkmiş. Yox sevgilim elə deyil əsil ölmək “sənsizlikmiş”.

Hər gün sevda çəkib gülünmür elə deyilmi? Bir gözəldən başqası sevilmir elə deyilmi? Hanı sən mənsiz ölürdün, ölmürsən elə deyilmi?

Acının ümidləri yox etdiyi anda, ümidləri yaşadacaq bir sevgiyə ehtiyac duysan, mən o bildiyin ünvandayam.

Sənsiz nə günlərin nə mövsümlərin dəyəri yox. Xatirə qalmasın o rəsmlərin, cırmadan son dəfə bax mənim üçün.

Burax bu sevgim tərtəmiz qalsın. Sən mənim içimdə qanayan yarasan. Bir gün gələr bəlkə məni anlayarsan, dönüb üzümə necə baxarsan? Ya məni itirərsən ya da özünü məhv edərsən.

Sən gedəndən könlümdəki bütün çiçəklər soldu. Zalım gəl, gəl gör bu halımı. Bir əl uzat artıq bu qaranlıqdan qurtar məni, bu könlümdəki çiçəkləri canlandır yenidən.

Sən heç həsrət daddınmı sevərkən, heç ağladınmı gülərkən, sən heç sevdinmi sevilməzkən və heç ayrılmaq istədinmi canından çox sevərkən.

Bir sürgünün vətəni yada bir kölənin hürriyyəti qədər uzaq olsan da, səndə o qürbəti yaşasam da olar: Yetər ki məni ürəyindən sürgün etmə.

İçinə düşən hər hüzn damlası səni nə qədər çox sevdiyimi xatırlatsın.

Unuda bilmədim səni mən, məni sən unutduğun kimi.

Bir quyu olub çıxdın yoluma, nə məni dənizə çatdırdın, nə də aldın qollarına, nə sevgini, nə də sevdanı verdin duyğularıma. Uzaqda qal və həsrət ol yoluma.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 030
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri