Mənim yalnızlığım sənsən. Yalnızlığımı sevirəm ❤

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 822
Səs ver:
(səs: 0)
Bir gün həyatın bütün gözəlliklərindən əl çəkib, ölümə səssiz sədasız getmək istəsən, yanıma gəl ki, sənə sənsiz yaşamağın, sənsiz olmağın ölüm olduğunu göstərim.

Sən heç gecələri sübhə qədər ağladınmı ki, yalnızlığın nə olduğunu biləsən.

Yağışı gözləyən torpaq kimi, küləyi gözləyən yarpaqlar kimi, sevgiyə susamış dodaqlar kimi, dəlicəsinə gözlədim səni.

Səni mənim qədər sevən varsa, qoy sənə mənim qədər həsrət qalsın.

Unudulmaq ölmək qədər acı olsa da, xatırlanmaq yaşamaq qədər şirindir.

Əgər bir gün sevdiyin yağış səni insafsızcasına isladarsa, bil ki, mən sənsizliyə ağlayıram, əgər bir gün əllərində bir dəstə güllə məzarıma gəlsən bil ki, sevincli yatıram məzarımda.

Bu gecə də göy üzünə baxdığında ulduzlara adını yazdım, boynumu aşağı saldığımda isə yenə yalnız olduğumu gördüm.

Yalnızlıq nə mavi dənizdə bir damcı su, nə də qızğın çöllərdə bir qum dənəsidir. Yalnızlıq dediyimiz bu insan qarşında olan səni axtarıb tapa bilməməkdir.

Sevmək böyük cəsarət istər, sevilən daim fədakarlıq gözlər, sevən nə qədər fədakarlıq edərsə etsin sevilən daima nankorluq edər.

Yalnızlığa o qədər ehtiyacım var ki. Mənim yalnızlığım sənsən. Yalnızlığımı sevirəm.

Hər insan ağlamaq istər gözlərindən yaş gəlməz! Hər an ürəkdən gülmək istər, gülə bilməz! Birini gözlər o heç gəlməz! Elə o zaman əcəlin istər əcəl isə gəlməz!

Sevmək yalnızlıq qədər acıdırsa, yalnızlıq sevmək qədər gözəldir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 822
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri