Çünki sən birinin gülüşlərində gizlənməkdənsə, onun göz yaşlarının səbəbi olmağı seçdin...

Müəllif: Aykam2001
Şərhlər: 4
Baxılıb: 2 173
Səs ver:
(səs: 0)
-əzbərlənmiş şeir kimidir ömrüm.
vergülü, nöqtəsi, nidası eyni.
Çünki sən birinin gülüşlərində gizlənməkdənsə, onun göz yaşlarının səbəbi olmağı seçdin...

-ən çox sevdiyim qadın sənsən sözünü də deyə bilmərəm məndən qabaq sənə belə deyənlərə də aldanma. Ona görə ki, hər kişinin aşiq olduğu ilk qadın anasıdır, necə ki, hər qadının ilk sevgisi atası olduğu kimi. Amma bunun əvəzində "qışda əllərini ciblərinə salmağa qoymayacam" deyərəm ..

-kimlərin gözü yollara dikilib qalıb. Çünki hərkəsin içində bir boşluq var və bu boşluğu yalnız gözlənilən insan və ya gözlənilən başqa hər nə isə doldura bilər. Çünki o boşluq dolmadan insan həyatına heç nə olmamış kimi asanlıqla davam edə bilməz. Çünki o boşluğu doldurmadan insan arzuladığı xoşbəxtliyə çata bilməz..

-çünki sən birinin gülüşlərində gizlənməkdənsə, onun göz yaşlarının səbəbi olmağı seçdin..

-nə olardı bir gün durub yuxudan görəydim ki, olub yalan ayrılıq..

-çox tökülür saçların, dedi bəy. Qadın dərhal yastığının üzərindəki saçlarını toplamağa başladı.
Yox-yox, bunu nəzərdə tutmurdum. Toplama saçlarını, yastıqlarımızı dəyişək. Qadın bu sözlərin qarşısında üzünə xəfif təbəssüm qondurmaqla kifayətləndi..

- səndən bəhs edərkən üzümdə yaranan o gülüşü görsəydin, bəlkə səndə məni sevərdin..

-burax, kim şeir olmaq istəyir, olsun. Onsuz da şeirlər çox vaxt gedənlərə, yarım qoyanlara yazılır. Sən isə bir şeirdən daha artığına laiq olacağ qədər özəlsən. Ona görədə sən şeir olma amma misra-misra çək məni içinə, yazıl qismətimə..
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 173
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri