Əgər onunla mənim aramda seçim etməkdə qərarsızsansa, Nə olar məni seçmə!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 397
Səs ver:
(səs: 1)
Nə olar, məni saxlama.
Əgər sənə mən və ya başqa qadın arasında seçim etməyə vaxt lazımdırsa, lütfən məni seçmə! Münasibətimiz necə olursa olsun artıq bizdə heç nə alınmaz...həm mən artıq səndən heç nə istəmirəmdə.

Daşürəkli görünmək istəmirəm, sadəcə faktları deyirəm. Lütfən mənə bu yaxşılığı et, məni azad et ki bəklə mən də öz ikinci yarımı tapa bildim...çünki Mənim axtardığım kişi biləcək ki, mən onun birdənəsiyəm və buna zərrə qədər də şüphəsi olmayacaq!

Sənin yanında olmağa layiq olduğumu sübut etməyə məndə nə həvəs var nə də vaxt. Həmdə mən, mənim necə layiqli bir qadın olduğumu anlamayan kişi üçün ikinci variant olmaq arzum da yoxdur.
Yenə də mən bunu acıqla və hirsə qapılıb demirəm. İkimiz də dürüst olsaq, etiraf edə bilərik ki, sən mənim ideal olduğumu dərk edə bilmirsən çünki mən sənin üçün ideal deyiləm!
Bu normaldır ki, sən ikimizin arasında qalmısan seçim edə bilmirsən. Axı sən sevgi üçbucağına düşmüş ilk insan deyilsən.
Ola bilər ki sən hər ikimizə aşıqsən...bəlkə seçim etməyəsən deyə ikimizidə idarə etmək istəyin ola bilər ancaq bu oyunda mən yoxam!

Mən sənə əminliklə deyə bilərəm ki bizdə onsuzda heçnə alınmayacaqdı, sən məni seçsən belə. Məni başqa qadınlar müqayisə etdikdən və bizim münasibətləri şüphə altına aldıqdan sonra mən sənin yanında qalmaq istəmirəm.

Hər zaman narahat olacağım, "görəsən mənim ona verə bilmədiyim nə var, onu başqa qadında axtarır", "birdən yenə məni tərk edib ona dönər" deyəcəyim bir münasibətdə olmaq istəmirəm. Ona görə də bu mərhələdə artıq seçimini etmiş olsan belə, sən artıq məni itirmisən.

Mənə bir yaxşılıq et, izn ver gedim. Mən öz seçimimi etməyə, mənə daha dəyər verən, mənə xəyanət etməyən, mənim qədrimi bilən biriylə xoşbəxt olmağa layiq bir qadınam!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 397
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri