Dünəndə qalmasaydı gözəl günlər ya da sabahlar bu qədər uzaq olmasaydı

Şərhlər: 1
Baxılıb: 1 846
Səs ver:
(səs: 0)
Doğum günün bu ərəfədə, elə bu gün olsaydı məsələn,
Mən şeirlərimdən zərif bir buket hazırlayıb
Səndən aldığım işığı, ilhamı qatardım içinə..
Birlikdə oxusaydıq, birlikdə qoxulasaydıq.
Gəzdiyimiz yollar boyu,
Əlin qolumda, xəyallarımız dilimizin ucunda
Ya da başın çiynimdə,
Bir skamyada, həmin o işıqla aydınlansaydıq..
Mağazalardaki vitrinlərin parlaqlığına baxardıq,
Ya da küçə satıcılarından pambıq, qovrulmuş qarğıdalı alardıq,
Bir uşaq gələrdi yanımıza, saçlarını sığallayardıq
Aldığımız nə varsa hamısını ona hədiyyə edərdik.
Sonra anidən leysan yağış başlasaydı, islansaydıq
Sevdiyimiz bütün mahnıları bir ağızdan eyni anda oxusaydıq..
Bir dəniz kənarının küləyinin axşam sərinliyinə tutulub,
İki stəkan çayla isinərdik, nə gözəl olardı..
Gecə hesabı istəsə də, biz bir az da oturardıq,
Amma heç danışmadan, gözlərimizlə ovunardıq..
Əzbərimizdədir adını qoyduğumuz bütün dalğalar,
Kimsəsiz bir körpünün soyuq döşəməsinə söykənərdik,
Uzaqdan bizə əl sallayarkən qağayılar..
Çiçəkli pərdələr əks olunardı səmada, gözlərimizi açarkən..
Dünəndə qalmasaydı gözəl günlər ya da sabahlar bu qədər uzaq olmasaydı..
Sünbül saçlı budaqların üstü qarla örtülməmiş,
Xatirələrimizi danışsaq səhərlərin günəşinə..
Səninlə bir gün, bəlkə bu gün..
Bax, mövsümlərin hər biri bizim yanımızdadır,
Nə varsa hələ də həyata keçməyən, sadəcə onlar kədərlidir..
Səninlə bir gün;
Bir təbəssüm gizlənər dodaqlarımızın kənarında.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 846
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri