Yaşayarağ ölmüş insan..

Müəllif: Üzel..
Şərhlər: 6
Baxılıb: 2 697
Səs ver:
(səs: 1)
- Mənə standart sevgidən danışın desələr "başlanğıcları gözəl, sonu sadəcə kədər" olan hekayələr danışaram.
Hansı ki, "səni sevirəm" ilə başlayan sevgi hekayələri. İlk öncə sənə səni sevdiyini deyəcək, sənin üçün vuruşacaq,səni xoşbəxt edəcək,səni qucaqlayacaq,səni öpəcək,sənə istədiyin hər şeyi verəcək.Hədiyələr alacaq,səninlə yatacaq,gəzəcək,birlikdə güləcəksiniz.bir sözlə hər şeyi birlikdə yaşayacaqsınız.Ayaqların yerdə deyil, bir quş olub sevincdən uçacaq halda olacaqsan.Hərkəsə onu danışacaq,hətta ondan başqa başqa bir şey danışmayacaqsan.Onun sonsuza qədər yanında olacağını düşünüb,onun üçün hər kəsi qarşına alacaqsan.Həyatını ondan ibarət edəcəksən.Gözlərində yox olacaqsan,əllərini buraxmaq istəməyəcəksən,soyuq olduğunda ona sarılacaqsan,qəlbinin atışını hiss edəcəksən,qoxusunu ciyərlərinə qədər hiss edəcəksən.Nə zaman nə etdiyini,üz cizgilərini,kirpiklərini,hətta əlləri belə hər zaman ağlına gələcək.
Hər şey gözəl gedərkən,sonra bir şey olacaq.Bir soyuqluq girəcək araya,bir vecsizlik sanki.Bax o zaman dünya daha tərsinə dönməyə başlayacaq sənin üçün.Bir şeylər olmayacaq vücuduna, amma qəlbin parça-parça olacaq.Öləcəksən hər gün.Çünki o səndən sıxılmış olacaq artıq.Sənin dadın damaqlarından itmiş, başqa dadlar axtarmağa çıxacaq.Çünki, o çoxdandan bir başqası ilə danışmağa başlayacaq,səndən uzaqlaşmanın yollarını axtaracaq.Soruşsalar geridə qalan insan nə olacaq deyə,həyatına girən hər adama onun sənə etdiyi bu şərəfsizliyi ödəməyə çalışacaqsan.Canı yansın istəyəcəksən,sənin xoşbəxtliyini eşitsin,qəlbi ağrasın deyə dualar etməyə başlayacaqsan.Onsuz da xoşbəxt olacağını hər kəsə göstərmək istəyəcəksən,nifrət edə edə sevəcəksən."Bir gün mənə qayıdarsa,əsla geri dönmərəm" yalanına özünü inandıracaq,amma hər zaman gəlməsini gözləyəcəksən.Beləliklə, yaşayaraq ölmüş insana dönəcəksən..
[/hide]
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 697
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri