Sevgi..¤

Şərhlər: 3
Baxılıb: 2 829
Səs ver:
(səs: 0)
Bir xəyal misalıdır sevgi. Gördükcə ümid edərsən, ümid etdikcə sevərsən. Bu sevgini yaşamaq bəzən incidər, bəzən göz yaşına qərq edər, bəzən də həsrət bəxş edər insana.. Bəlkə də bunlar sevginin ən böyük şahididir. Nə vaxt başlayar, necə böyüyər və necə toxum kimi səpilər qəlblərə fərqində olmaz heç kəs. Çox vaxt ağ, çox vaxt da qaradır. Həyatın ən çətin imtahanıdır və bu imtahandan keçmək mümkünsüzdür;
Çünki, sevginin tərifi yoxdur..
"0" rəqəmi tək qaldıqda heç bir məna ifadə etməz, onun yanına "1" rəqəmini qoymalıyıq ki, bir məna daşısın.. Məsələn, "10" rəqəmi kimi. "0" rəqəmi, həmin bu "1" rəqəmini gözləyər həmişə.. Sevgi'də gözləməkdir.. Bir saniyə, bir dəqiqə, bir gün, bir il, bir ömür..
Sevgi, baxışlarla güclənər, gülüşlərlə bəslənər.
Səhərləri işıq saçan günəş kimidir. Gecə özlərini biruzə verən ulduzlara oxşayar. Bəzən də kainat kimidir, sonsuzdur, toxuna bilməzsən, sadəcə izləyərsən, izləməyə məcbur qalarsan.. Amma əsla unuda bilməzsən..
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 829
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri