♡..Ümidlərim..♡

Şərhlər: 1
Baxılıb: 2 068
Səs ver:
(səs: 0)
-Arzular, arzular.. Toxunmaq istədikcə, məndən qaçan arzular.. Artıq yazdıqlarımı da bir-bir yandırıb külə çevirirəm. Nə kədərli əsər var, nə də ayrılıqla bitən roman.. Artıq o qadın da yoxdur. Onsuz da yox idi.. Aylardır bəlkə də illərdir yaxın təmas qurduğum, dostluq etdiyim kimsə yoxdur. O yoxdur, bu yoxdur.. Tək bir şey var, o da ümid.. Ümidim var, bu gün olmasa da sabah olacaq.. Kənarda yetişən hələ də xəyallarım var mənim.. Fikrimi-zikrimi tələf olan xəyallarıma yönəltsəm ayaqda dura bilmərəm axı.. Axı hər gün o qadın üçün ağlasam, hər gün dərdlərimin bir küncündə sıxışsam, mən məhv olaram.. Səhhətimdə o qədər problemlər var ki, onunla belə üzüm təbəssümə o qədər alışıb ki.. Məni görən deyir ki, a kişi bu adam heç nəyi fikir eləmir, ancaq deyib-gülür, danışır özü üçün. Baxın artıq günəş də yorulub, işini buludlara həvalə edəcək bundan sonra. Buludlar da yağışlara.. Düzdür həssas biri olduğum qədər də, başqasının xoşbəxtliyi mənim hisslərimi də sevincə bürüyür bəzən. Uçurumun kənarına tərəf apardı dostlarım məni, itələdilər uçurumdan aşağı.. Mən ümidlərimdən yapışaraq çıxdım o dərədən. Bu gün olmursa, bəlkə sabah olacaq? İnsan gün gələr bu gününü belə arzulaya bilər. Kaş bu gün gələrdi, kaş əllərim, ayaqlarım yerində olaydı deyər bəzən.. Halbuki onlar mənimlədi, gözlərimlə seyr edirəm dünyanı, əllərimlə hisslərimi kağıza tökə bilirəm ən azından.. Və mən bu gün hər şeyə rəğmən xoşbəxt hiss edirəm özümü, yağan yağışla, bir körpənin gülümsəməsiylə, ailəmin sevinci və yaxud da kiçik bir təşəkkürlə, kiçik bir çox sağol' belə üzümü gülüdürər, xoşbəxt hiss etdirər.. Artıq heç kəs yoxdur, qaranlıq otaqda kibriti özüm axtarıb tapacağam və kibritlə hər tərəfi işıqlandıracağam.. Baxın o kibrit, mənim ümidimdir..
|Rüfət Hüseyn|
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 068
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri