F.M.Dostoyevski "Şeytanlar" kitabından sitatlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 7 454
Səs ver:
(səs: 2)
"Hər bir dünya qəmi və göz yaşı bizim sevincimizdir; elə ki öz yaşlarınla ayağının altındakı torpağı yarım arşın dərinliyə qədər islatdın elə o saat hər şeydən sevinc duyacaqsan və sənin artıq heç bir, heç bir dərdin qalmayacaq."

"Elə şeylər var ki, onların barəsində nəinki ağıllı danışmaq mümkün deyil, hətta danışmağa başlamaq belə ağılsızlıqdır."

"Bu kiçicik "nə üçün" sözü dünya xəlq edilən gündən bütün kainata yayılmışdır və hər an təbiət öz xaliqindən soruşur: "Nə üçün?" Budur artıq yeddi ildir ki, cavab ala bilmir."

"Həqiqi və şübhəsiz dərd hətta yelbeyin adamı belə, heç olmasa, bir anlığa təmkinli və dəyanətli etməyə qadirdir."

"Amma bu, soyuq, sakit və belə demək mümkünsə, şüurlu qəzəb idi, deməli, bütün mümkün qəzəb formalarından ən mənfuru və ən dəhşətlisi idi."

"Əsl həqiqət heç vaxt həqiqətə oxşamır."

"Dünyada hər şey, adətən, heç nəylə qurtarır."

"İnsan ona görə bədbəxtdir ki, xoşbəxt olduğunu bilmir."

"İnsan həyatının ikinci yarısı birinci yarısında qazanılmış vərdişlərdən ibarət olur."

"Yüksək bədii istedadlar dəhşətli əclaf ola bilərlər və bu xüsusiyyətlərin biti digərinə mane olmur."

"Bağışlayaq, Liza və əbədi olaraq xoşbəxt olaq."

"Bəlkə də, mən dəhşətli bir əclaflıq eləyirəm ki, əclafları bağışlayıram."

"İnsanların hamısı birdir, yaxşısı-pisi olmur, yalnız ağıllısı və axmağı olur."

Ah, bağışlayaq, hamını və həmişə hər şeydən əvvəl bağışlayaq... Ümid edək ki, bizi də bağışlayacaqlar. Çünki hamı və hər kəs başqası qarşısında günahkardır. Hamı günahkardır!.."

"Özgə fəlakətində bizə nəsə xoş gələn bir şey vardır."
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 7 454
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri