Unutma istəyirəm...

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 456
Səs ver:
(səs: 0)
Köhnə yazışmalar nə qədər qorusan da silinəcək bir gün. Silinməyəcək demə. Silinəcək. Elə sən özün siləcəksən. Sən hələ işin başındasan bilmirsən, mən yolun sonuna gəlmişəm deyə dəqiq deyirəm. Bir qismini hafizənə yaz istəyirəm.

Unudacaqsan bir gün sevgilim, hisslərin, güvənməyin nə demək olduğunu. Məni unutma istəyirəm.

Bir gün gözlərinə hər kəs əyri, axmaq, yalançı kimi görünəcək. Düzgünü, həqiqəti, səni canı könüldən istəyəni unutma istəyirəm.

İçdikdən sonra özünü apara bilməyənləri görəcəksən. Adını sayıqlayanı unutma istəyirəm.

Ad demişkən. Hər kəs eyni adla çağıracaq səni, amma mən eləyəm? Hər yeni günə sənə yeni bir adla başlayacağam. Bir baxacaqsan uşaqlarımın anasısan, bir baxacaqsan mənim anam.

Gün gələcək ağlayacaqsan, ruhumun göz yaşlarını sildiyini unutma.

Bir mahnı dinləyəcəksən, için keçəcək, ulduzlara baxacaqsan, eyni mahnıda keçmişə qayıtmaq mükafat olar bizə, yenə də hər gecə ulduzlara baxacağımı unutma.

İllər keçəcək "unutmuşdur" deyəcəksən. Səni hələ də xatırladığımı unutma istəyirəm.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 456
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri