Mən və O

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 314
Səs ver:
(səs: 1)
Mən
Çantamı yığa-yığa, gözlərimin yanı ilə onun heykəl kimi buz tutmuş üzünə baxıram. Gözləyirəm ki, çantamı əlimdən alıb yerə atacaq, məni qucaqlayacaq, gözləri dolacaq, ağlayacaq. O, isə sadəcə susurdu. Heç kefindən də qalmayıb, iki saat öncə mənim dəmlədiyim qəhvəni, həm də mənim fincanımdan içirdi. Çərçivələrdən bir-bir şəkillərimizi çıxardıb, onları ehtiyyatla konvertin arasına yığıram. Açarları siyirmənin gözünə qoyub, əmin addımlarla qapıya doğru gedirəm. Çarəm olsa ondan gözlədiklərimi özüm edərdim. Onu qucaqlayıb, axı biz nə edirik, belə də olmaz ki, hər xırda şeydən ötəri adam da adamdan gedər? Amma, çarəm yox idi, yerinə qürurum var idi. Qürur da deyildi bəlkə də. Nəsə hiss edirdim ki, indi mən nə edirəmsə edim heçnəyi dəyişdirə bilməyəcəyəm. Əsas gözəl getməkdir. Nə gözəl getdim deyə bilməkdir. Hiss edirəm ki, hər dəqiqə yıxıla bilərəm. Pilləkanlar... Taksi....

O
Çantasını necə yığdığına baxıram. Etmək istədiyim tək şey onu qucaqlamaqdır. O, isə heç üzümə də baxmır. Bəlkə fincanını istəyəndə nəsə danışarıq bəhanəsi ilə qəsdən onun fincanında zəhərə dönmüş qəhvə süzürəm. O, şəkillərimizi çərçivədən çıxardanda ürəyim dayanacaq kimi olur. Bu heç qayıtmamaq üzərə getməkdir. Hələ də başa düşmürəm necə oldu ki, mən o an sağ qala bildim. Ruh kimi sakit çıxdı evdən. Tanrım necə də gözəl gedir məndən. Pəncərədən baxıram, taksiyə minir. Fincanının hər yerinə əlimi sürtürəm. Hardasa buralarda onun izi, onun dodaqları var...
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 314
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri