Bəzi yaralar yalnız sevgiylə sağalar....

Müəllif: Diablo
Şərhlər: 9
Baxılıb: 4 253
Səs ver:
(səs: 1)
"Səni sevirəm" deyənin sevgisindən şüphə et. Çünki eşq səssiz, sevgi dilsizdir...

Yanlış insana qarşı yaşanan sevgi tez unudular...

Həqiqi sevən ürəkdə ya qısqanclıq sevgini, ya da sevgi qısqanclığı öldürür.

Sən, səni sevəni görməyəcək qədər korsansa, o da sənə sevgisini söyləməyəcək qədər qürurludur.

Kaş ki, birini itirməzdən əvvəl ona olan bütün sevgimizi anlada bilsək.

Sənə dəyər verməyən insanın sevgisini nə qədər çox qazanmağa çalışsan, onun laqeydliyi səni bir o qədər incidəcək.

Onu unutmağa çalışmaq – həmişə onu xatırlamaqdır.

Kimisi gözəlim deyər sevdiyinə kimisi də özəlim. Amma sevgi nə gözəllik istər, nə də özəllik. Sevgi sadəcə ürək istər!

Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oynanan qız, sənin qızın ola bilər.

Bəzi yaralar yalnız sevgiylə sağalar...

Sadəcə dərin sevgisi olanlar dərin acıları hiss edə bilər...

Kişi və qadın arasında heç bir zaman dostluq ola bilməz. Onların arasında yalnız sevgi, düşmənçilik, ehtiras və məftunluq ola bilər.

İlk sevgi və son sevgi arasındakı fərq; insanın ilk sevgisini son sevgisi sanması, son sevgisini isə ilk sevgisi gözüylə görməsidir...

Ürəyində sevgi və mərhəmət yoxdursa digər şeylərdən danışmağın da bir mənası yoxdur.

Həmişə qorxarıq təklikdən amma bil ki təksənsə; Yalançı yoldaşların, ikiüzlü dostların və gedəcək bir sevgilin olmaz.

Fikir verməyin insanların:"Məni çox sevəcək birini axtarıram."- deməsinə. Böyük bir sevgiyə məruz qaldıqda gizlənməyə yer axtarır hamısı.

Güllə səsi qədər sürətli keçər yaşamaq: Elə çətindir ki, gülləni havada, sevgini də ürəkdə tutmaq.

Bir insan bilmirsə nə istədiyini, həm səni ziyan edər, həm özünü.

Dibini görmədiyin suya dalmadığın kimi, əmin olmadığın sevgiyə təslim etmə özünü.

Uğrunda fədakarlıq etməyəcəyin sevgini, ürəyində daşıyıb da özünə yük etmə!

Sevginin verdiyi xoşbəxtliyi evlilikdən sonrada yaşaya bilsəydik o zaman dünya cənnət olardı.

Hərkəsin bir-birini sevirmiş davrandığı ancaq çox az insanın sevgini anladığı bir dövrdə yaşayırıq...

Ey sevginin sirlərindən xəbərsiz yaşayanlar! Bilin ki, bütün varlığın əsas qaynağı sevgidir, sevgi...

Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri