Sevgi, yoxsa ehtiyac?

Şərhlər: 5
Baxılıb: 3348
Səs ver:
(səs: 2)
Əslində, birinə ehtiyac hiss etmək və birini sevmək arasında çox böyük bir fərq var. Sevginin bir ehtiyac duyulma olmağına baxmayaraq hələ də iki söz arasında böyük bir fərq var.

Yaralandığınızı və hərəkət etmək üçün qoltuq dəyənəklərindən istifadə etdiyinizi düşünün. Belə bir vəziyyətdə, qoltuq dəyənəklərini sevdiyinizi və ya istədiyinizi söyləyə bilərsinizmi? Əlbəttə deyil, yalnız onlara ehtiyacınız var, çünki yaralısınız. Eyni şey sevgidə də olur!

Bəzən kimisə sevdiyimizə inanırıq və o şəxsi çox istədiyimizi hiss edirik, əslində isə bu hər zaman gerçəklik deyil. Çox vaxt ona ehtiyacımız var, çünki özümüzdə şüuraltında, bu ehtiyacı yaradan səhv nələrsə var. Ayrılıqların öhdəsindən gəlməkdə bizə maneə yaradan psixoloji faktor da burda yatır.

Sevgi psixologiyasına görə; gələcək həyatınızı quracağınız maraqlı və kriteryalarınıza uyğun tərəfdaşla qarşılaşanda ona aşiq ola bilərsiniz. Lakin yaralı olduğunuzda, özünüzü yalnız, çarəsiz hiss edəndə, təqdir edilmə və sevilmə ehtiyacı o qədər çox olur ki, sırf bu aclığı doyurmaq üçün, yanlış birinə yönələ bilərsiniz.

Tək qalmamaq, problemlərdən qaçmaq, özünüzü yaxşı hissetmək üçün aşiq olmaq haqda düşünürsüzsə, o zaman bilin ki, sevgidən çox, münasibətə ehtiyacınız olduğu üçün bu yola girmisiniz.

Ehtiyaclar üzərində qurulan münasibətlər sağlıqlı deyil: Bunu açıqlayan türk atalar sözü də var “dənizə düşən yılana sarılır” bəzilərinin, həqiqətən, onlara uyğun olmayan, hətta pis təsir edən ikili münasibətlərə girib, sonda ayrıldıqlarını görürük.

İkinci nüans ehtiyac ödəndiyi zaman sevgi də bitir. Əslində birini sevmək və ehtiyacı olmaq arasındakı fərqi görmək və ya bilmək sizi narahat edə bilər, çünki münasibətinizə kölgə salmaq istəməzsiniz. Ehtiyaclara söykənən münasibətlər sağlam deyil. Çünki ehtiyaclarınız ödənildikdə sevgi bitər, ona görə ki, münasibət ehtiyac üzərində qurulmuşdu.

Məsələn, təklik hiss elədiyiniz üçün başlayan münasibəti düşünün. Ümumi sosial münasibətləriniz düzəldikdən sonra bu münasibətə ehtiyacanızın qalmadığını hiss edəcəksiniz.

Ancaq bu o demək deyil ki, sevgi münasibətlərində ehtiyac hiss etmənin heç bir rolu yoxdur,xeyr.

Psixiatr, Uzman Həkim Azər Bağırov
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3348
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 771
Xəbər sayı: 0
Milaya
Sevgi özü bir ehtiyyacdır məncə. İnsan ehtiyyacı
olduğu bir şeyi istər.
2 dekabr 2020 00:01
5
Üstümə gəlmə həyat !
Daha nəyimi alacaqsan?!
Nə qırılacaq bir xəyal, Nə də qurulacaq bir həyat buraxdın məndə ! :/
Şərh sayı: 835
Xəbər sayı: 1
guzellik
Sevgili ehtityac feriq olsada insan rahat verim deyis
22 oktyabr 2020 16:30
4
sade semimi merbandan kino medcezir
Şərh sayı: 334
Xəbər sayı: 0
Bal
Maraqlıdı tşkk
22 oktyabr 2020 14:27
3
Şərh sayı: 6418
Xəbər sayı: 0
Cema_Axodova
Sevgi və ehtiyac fərqli olsada insana rahatlıq və narahatlıq verməkdə eynidilər:)
22 oktyabr 2020 14:21
2
p.s
Şərh sayı: 81246
Xəbər sayı: 30
BARBI
Hmm sevgi ozu bir ehtiyacdir.Insan xosbext olmaga ehtiyac duyar
21 oktyabr 2020 22:08
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri