Viskonsin universitetinin alimləri aydınlaşdırmaq istəyiblər ki, görəsən kişi və qadın arasında səmimi dostluq mövcud ola bilərmi? Nəticə belə olub ki, kişilər qadınlarla sadə bir dostluq qura bilmirlər. Psixoloqlar 88 cütlüyün iştirakı ilə bir təcrübə reallaşdırıblar ki, əks cinslər bir-birləri ilə dostluq etməli idilər. Kişi və qadınlardan xahiş ediblər ki, öz dostlarının cazibə və gözəlliyini dəyərləndirsinlər.
Sən demə, bütün kişilər - istər evli olsunlar, istər subay - məmnuniyyətlə rəfiqələri ilə yaxından ünsiyyət qurmağa hazır vəziyyətdə olublar. Başqa sözlə desək, kişilər yalnız o qadınlarla dostluq edirlər ki, onlara zövq və yaraşıq baxımından daha cazibəli gəlir. Hələ üstəlik onlar belə güman edirdilər ki, rəfqiələri də onlara qarşı eyni hissi duyur.
Ancaq cinsi eyhamlar qadınlar tərəfindən nümayiş edilmirdi. Qadınlar həqiqətən də kişilərlə dostluq edə bilirlər, bir şərtlə ki,onlar ailəli olmuş olsunlar. Elə ki, qadın azad olur, o, ətrafındakı dost kişilərə tərəf müqabili və partnyor kimi baxmağa başlayır.
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.