Qulaqbatırıcı Sənsizlik...

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 2 572
Səs ver:
(səs: 0)
Səssizlikdən kar olmaq... Hər kəsin, hər şeyin susduğu bir yerdə sadəcə səssizliyin, tənhalığın fəryadı . Yox, bunu duymaq üçün normal insan olmaq kifayət etməz. Bunları duymaq üçün otaqları həsrət qoxan dörd divar və sönmüş ümidlərinə təsəlli olan daxmanın közərən lampa işığında bir küncə qısılan tənha insan olmalısan. Bunu duymaq üçün sən insanlar toplusunun arasında təkbaşına, tənha qalmalısan. Səssizliyin səsini...
Səssizlikdən kar olmaq... Yox, bu dəlilik deyil. Heç nə qulaqlarında əks - səda verən uğultunu batıra bilmir. Bir sən varsan, bir də o səs....Qulaq batırıcı səssizlik....
Qarşında duran anlamsız seçimə nifrət edirsən. Axı nə mənası var bütün bunların? Kim inanacaq sənin yazdıqlarına? Kim dəyər verəcək bu səfeh düşüncələrə? Heç səssizliyin də səsi olar? Kimə nə başa sala biləcəksən? Ən yaxşı ehtimalla səni, yalnız saxta nağıllara həsrət qalan qulaqlar başa düşəcək. çünki yaşayan yox, yalnız odda yanan pərvanə bilir odun həqiqi mahiyətini. çünki yalnız doğulandan yalan səslərə məcbur qalanlar, bir də sonradan yalanlara kar olanlar bilir nədir səssizliyin səsi...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 572
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri