Ayrılıq yalanları

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 9 383
Səs ver:
(səs: 2)

 Gözəl günlər yaşadığınız, gerçək eşqə inanmanızı təmin edən adam sizdən ayrılmaq istəyir, ola bilər. Birlikdə olmaq qədər ayrılmaq da təbiidir amma bu sizin, o adamdan gələcək hər sözə inanmanızı tələb etmir! Ayrılıq mərhələsində kişilərin söylədiyi klassik sözlərə verəcəyiniz reaksiyalar və qəbul etməniz çox əhəmiyyətli.

 Yalnız Dost Qalaq

 

Ayrılıq sonrasında eşidə biləcəyiniz olabiləcək sözlərdən biri "yalnızdost qalaq" ola bilər. O an etibarilə "köhnə sevimli" mövqesinə düşmüş kişi, ağılınızı qarışdırmaq və sizi hər vaxt əlində tutmaq üçün bu yalanı istifadə edə bilər, əsla inanmayın! Həm kədər müddətini niyə uzadacaqsınız ki? Nə etməlisiniz? ONU öz silahıyla vurun: "Bunun üzərinə düşünəcəyəm, səni daha sonra axtararam" deyə cavab verin amma axtarmayın!

 Sevgili Olsaq Yoldaşlığımız Pozular

Günlərinizin çoxunu birlikdə keçirsiniz amma nə olduğu naməlum bir əlaqə yaşayırsınız və gəlib sizə deyir ki: "mənim üçün o qədər qiymətlisən ki sevgili olub sənin yoldaşlığını itirmək istəmirəm" İnanmayın! Bunu söyləyən kişi, sizi səmimiyyətlə sevmədi; arxanızı dönüb gedin və həyatınıza davam edin. 

 Səni Sevirəm Amma Birlikdə Ola Bilmərik

Eşqinizdən ölüb bitir, çox darıxır, çox sevir amma birlikdə ola bilməzsiniz eləmi? Qarşınızda, qorxaq və tək günlər üçün sizi ehtiyatda tutmaq istəyən bir kişi ola bilər. Əsla inanmayın! Gərəksiz yerə yorularsınız və özünüzü haqsız yerə günahlandırırsınız.

 Səhv Zaman Səhv Yerdə Tanış olduq

İşdə yenə tək günlər üçün ehtiyatda tutmaq istəyən bir kişi sözü daha: başqa zamanda, başqa bir yerdə tanış olsaydıq olardı amma indi olmaz. Niyə görəsən? Doğru yer, doğru zaman yoxdur; istənirsə əlaqə hər yerdə yaşanar.
Ayrılma danışmasında deyilən klassik yalanlardan biri daha: ürəyim həmişə səninlə olacaq! Eh, yaxşı madam mənimlə olacaq niyə gedirsən ki? Sizcə də bu işdə böyük bir ziddiyyət yoxmu? Bu sözə inanmayın, ürəyi sizinlə qalacaqsa qalsın; boş verin!

 Yenidən Birlikdə Ola bilərikmi? 

Ayrılıb barışmalar, ayrılıb barışmalar… "yenidən birlikdə ola bilərikmi, yoxlaya bilərikmi?" sözünü neçə dəfə eşitdiniz? İlk dəfə söyləyirsə bəli sınana bilər amma bunu iki, üç hətta dördüncü dəfə eşidirsinizsə; inanmayın! Milyon dəfə də sınasınız bu əlaqə olmayacaq!

 Qəbul edin!

Sizə, "kədərlənməyin" deməyəcəyik çünki bilirik: atəş bir yerə düşdüyündə yandırmaması mümkün deyil… Kədərlənin, ağlayın, eşq ağrısını sonuna qədər yaşayın amma qəbul edin: ayrıldınız! Bu müddəti ən yarasız halıyla sovuşdurmaq üçün ayrılıq danışmalarındakı yalanlara aldanmayın, o əlaqə bitdi və önünüzdəki yeni eşqlərə yelkən açın!
Tərcümə:PURE LOVE


(səs: 2)
Şərhlər: 2
Baxılıb: 9 383
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri