Əslində çox çətindir birini sevmək. SEVMƏK deyirəm. Gəlib keçici bir hisdən danışmıram. SEVMƏK bəzən elə əzablı bir işə çevrilir ki, onsuz ola bilmirsən amma onunla olanda da nələrsə düz getmir. Xırda bir diqqətsizliyi səni saatlarla, hətta bəzən günlərlə tənhalığa qərq edir. Amma küsə bilmirsən, ilk mesajı o atsın, ilk o axtarsın deyə bilmirsən, incidiyimi anlamasını gözləyə bilmirsən. Ha onsuzda anlamayacaq boşa vaxt sərfi olar gözləmək. Bilərəkdən etmədiyini bilərik ,amma yenə də böyük bir diqqət gözləyərik. Çox zaman boş yerə. SEVMƏK səni onun səhvlərinə bəzən kor edər. Hər nə olur olsun yanında olsun istəyərsən, amma bir məsələ var: bəzən SEVMƏK qarşılıqsız daha gözəldir...