Bu gün günlərdən yenə qarışıq hisslər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 171
Səs ver:
(səs: 2)
Bu gün yenə günlərdən qarışıq hisslər, küçənin bir başında günəşin gözlərini qamaşdırması, digər ucunda isə küləyin saçlarını bir-birinə dolaşdırması qədər. Qarışmış sevinclərə kədərlər, dodaqlarında təbəssüm,yanaqlarında göz yaşı. Qulaqların musiqiləri dinləyərkən, gözlərin çox uzaqlardaymış.Bu qədər hisslərin içində yaşadığın hissiyyatsızlıq, barmaqlarının etdiyi təması hiss etməməsi kimi, lakin nəfəslərinin səmaya toxunuşlarının ən dərinlərində yaratdığı izlərin varlığını titrəcədək qədər hisslərlə zənginliyi... bir də görmədən hiss etmək kimi bir şeylər var, hansı ki gördüyün, qarşında mövcud olan hər şey bir xəyal, sən xəyallarında əsl dünyadaymış kimi. Musiqilərin gecə-gündüz susmadığı, rənglərin ən gözəl çalarlarının günəşdən daha çox işıqlandırdığı və sözlərin insanların ruhunu isidə bildiyi bir dünyanın ən alt və ya ən üst qatında yaşamaq kimi bir hiss. Bu gün yenə hisslərdən çox qarışıq. Bu dünyada yaşayıb da, dırnaqlarından saçlarının dibinə qədər bambaşqa dünyanı hiss etdiyin bir gün məsələn.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 171
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri