Yaşanan hər şeyin bir səbəbi vardır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 9 782
Səs ver:
(səs: 3)
*Ədalət… Axsayaraq gəlir lakin gəldiyi hər yerdə eynidir.

*Ağızıma girən hər şey məni kökəldiyir, ağızımdan çıxan hər şey isə mənə çətinlik verir, məni utandırır.

*Ucuz insanlara bahalı gəlməyin sənin deyil onların günahıdır. Unutma ki, İnsan anlayana çox, anlamayana əskik görünər.

* Olmursa məcbur etmə, ya xəyalların qırılar ya ürəyin. Unutmuş kimi et. Çünki gözəl şeylər; Onları heç gözləmədiyin vaxt reallaşar.

*Danışaraq izah edilməz hər şey, bəzən susmaq yetər əslində. Unutma; Danışmaq bir ehtiyac ola bilər, amma susmaq cavabdır anlayana.

*İtirəcək bir şeyi olmayanlardan qorxmalısan. Çünki onlar, qazanmaq üçün hər şeyi edərlər.

*Bir insanın ən böyük səhvi; Lazım olduğundan çox dəyər vermək deyil, özünə layiq olduğundan daha az dəyər verməkdir.

*Sona gəldiyin üçün ağlama, onu yaşadığın üçün gülümsə.

*Əhəmiyyətli olan, həyatda başına nə gəldiyi deyil, nəyi necə xatırladığındır.

*Birlikdə gülürsünüzsə xoşbəxtlikdir, Birlikdə ağlayırsınızsa dostluqdur; amma birlikdə susursunuzsa bu eşqdir...

*İnsanı yalnız sözlər ələ verməz, Gözlər də içində bir şey gizləyər. Hətta sözlər nə qədər inkar etsə də; gözlər hər şeyi söyləyər.

*Əgər bir az ağlın varsa; xoşbəxtlik üçün istənilən şərtləri tapa bilmirsənsə, tapdığın şərtlərdə xoşbəxt olmağı bilməlisən.

*Darıxmanın ən pis yönü, yan-yana oturduğun halda onu heç bir zaman əldə edə bilməyəcəyini bilməyindir.

*Əslində pis insan yoxdur həyatın heç bir mərhələsində, hər insan dinclik verər; kimi gəldiyində, kimi getdiyində.

*Heç bir zaman gülümsəməkdən imtina etmə, kədərli olduğunda belə. kimin, nə vaxt aşiq olacağını bilə bilməzsən.

*Əgər ona bir şans daha verirsənsə, özünü bir daha aldatmağı gözə alırsan deməkdir.

*Kimi nə qədər düşünürsən düşün; Düşüncələrin ən dərini, başına yastığa qoyduğun an başlayar.

* Bir əlaqəni qadın başlada, qadın bitirər. Amma başladan və bitirən eyni qadın olmaya bilər.

*Həqiqi dost, əlini tutan, ürəyinə toxunandır.

*Nə qədər yaşaya biləcəyini bilirsənmi ? O halda sarıl sevdiyinə son nəfəsin kimi.

*Kasıblıq, əlini cibinə atdığında boş olması deyil əlini çıxardığında tutacaq birinin olmamasıdır.

*İtirəcəyini bilə-bilə niyə mübarizə edirsən? dedi. Öləcəyini bildiyi halda yaşadığını unutmuşdu.

*Xeyr, mən varlı deyiləm. Pulu olan kasıb bir adamam. Varlı olmaq və pulu olmaq eyni şey deyil.

*Sevdiyinin bir başqasıyla xoşbəxt olduğunu görməkdən daha ağrılı bir şey varsa, O da sevdiyinin səninlə bədbəxt olduğunu görməkdir.

*Məndən nifrət edənlərdən nifrət edəcək vaxtım yox. Çünki mən, mənə dəyər verənləri sevməklə məşğulam.

*Səni qıracaq insanlar hər vaxt olacaq; elə isə güvənməyə ehtiyacın var, yalnız diqqətli ol.

*Zamanını səninlə keçirməklə maraqlanmayan biriylə zamanını xərcləmə.

*Əsla unutmayın ki, bir evlilikdə ən əhəmiyyətli şey xoşbəxtlik deyil, sabitlikdir.

*Birini daha yaxşı tanımadan və bu adamın sənin kim olduğunu bilməsindən əvvəl özünü daha yaxşı bir adama çevir və kim olduğunu bilərək özünə güvən.

*Getmə zamanı gəlmişsə 'dayan' demənin; Zaman keçmişsə 'dön' demənin; Və eşq bitmişsə 'yenidən' demənin. Heç bir mənası yoxdur.

*Hər kişi ağıllı, gözəl, anlayışlı və onu çox sevəcək bi qadın istəyır. Bəs soruşmazlarmı ki, bunları qazanacaq nə etdin.

*Çox gözləyən, daha az olanı ümid etməyi də bilər.

*Bəzən elə danışacaqsan ki qarşındakı cavab verə bilməyəcək. Bəzən də elə bi susacaqsan ki qarşındakı danışmağa cəsarət edə bilməyəcək .

*Kaş ki tanımasaydım dediyim heç kimsə olmadı mənim. Kaş ki məni tanımasına icazə verməsəydim" dediklərim oldu !

*Heç kim gözyaşlarına layiq olmaz, onlara layiq olan adam isə onsuz da səni ağlatmaz.

*Zamanı, onu səninlə birlikdə keçirməyə hazır olmayan biriylə keçirmə.

*Bütün dünya üçün yalnız bir adam ola bilərsən, lakin bəziləri üçün sən bir dünyasan.

*Sən istədiyində sənə aşiq olmaması, sənə aşiq olmadığı mənasını verməz.

*Xoşbəxtlik qapsını bağladığında, bir başqası açılar; amma biz bağlanan qapıya o qədər baxarıq ki, açılmış olan yeni qapını görəməyik.

*Səni sən olduğun üçün deyil, səninlə birlikdə olduğumda mən olduğum üçün sevirəm.

*Günün birində hamımız sonsuza qədər susacağıq. Onun üçün sevdiklərinizə indi 'Səni sevirəm.' deməkdən çəkinməyin.

*Daha yaxşı bir insan ol və yeni bir insanla qarşılaşmadan, o adamın da sənin kim olduğunu bildiyini ümid etmədən əvvəl, özünün kim olduğunu bildiyindən əmin ol.

*Bitdi deyə kədərlənmə, yaşandı deyə sevin.

*Bəlkə də Allah uyğun adamı tanımandan əvvəl səhv kəslərlə tanış olmağını, onu tanışdığında minnətdar olmağın üçün istədi.

*Birini daha yaxşı tanımadan və bu adamın sənin kim olduğunu bilməsindən əvvəl özünü daha yaxşı bir adama çevir və kim olduğunu bilərək özünə güvən.

*Sən üşüyərkən onun yoxluğunda, O sənin varlığından belə xəbərsizdir.

*Hər şeyin bir sonu var, doğrudur ! amma ən xoşbəxt son həftə sonudur

*Yaşanan hər şeyin bir səbəbi vardır.

*Yazmağı davam etdirmək istəyən məşhur bir yazar şöhrətə qarşı özünü davamlı qorumalıdır.

*Bir adam atasına bənzəməyə başladığı an qocaldığını hiss edər.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 9 782
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri