Ona deyə biləcəyiniz ən gözəl Sevgi Sözləri

Şərhlər: 7
Baxılıb: 8 487
Səs ver:
(səs: 0)
Çoxumuz eşqi, sevgini, məhəbbəti təsvir etmək üçün gözəl sözlərdən istifadə edirik. Lakin elə adamlar var ki, bunu etməkdə çətinlik çəkir. Qadınlar.biz məhz bu insanlar üçün sevgiliyə deyə biləcəkləri ən gözəl sevgi sözlərini bir araya yığıb. Həyat yoldaşınız və ya sevgilinizə gözəl eşq sözləri söyləmək, onu nə qədər çox sevdiyinizi izah etmək istəyirsinizsə, bu yazıdan bəhrələnin.

- Bəyəm bütün şairlər sənə aşiq idi? Oxuduğum, dinlədiyim hər şeirdə sən varsan.

- Birinin gözlərinə baxmaq onun yuxularına girmək istəməkdir. Sevməyə qabiliyyətin yoxdursa, o gözlərə baxmayacaqsan.

- Elə sev ki, ürəyindən heç kim onu çıxara bilməsin. Və elə birini sev ki, səni gözləriylə belə, aldatmayacaq qədər.

- Çox sevilməyə deyil, həmişə sevilməyə ehtiyacım var.

- Xoşbəxt olmaq vecimə deyil, sən yanımda ol, yetər.

- Gülüşünü sevərsən, səsini sevərsən, söhbətini sevərsən. Sevmək üçün mütləq üzünü görmək şərt deyil, ürəyində duruşunu sevərsən.

- Yağış başlayanda “gəlsəydi, birlikdə islanardıq”, - deyəcəyi biri olmalı insanın həyatında.

- Bir insan aşiq olduqda qısqanar, qışqırar, sorğu-sual edər, hesab soruşar, sahiblənər. Amma anlayana...

- Gördüyünü hər kəs sevər, sən onda görmədiyini tapacaqsan. Əgər gerçək eşq istəyirsənsə, bədənə deyil, ürəyə toxunacaqsan.

- Açıq çay içərdi həmişə, dəmli olduqda stəkanın digər tərəfindən məni görə bilmirmiş. Belə deyirdi...

- Eşq üçün yaşadıqlarımı bilsəydin əgər, hələ də sevə bilməyimə aşiq olardın.

- Böyük eşqlər ya sonsuzdur, ya da onsuz...

- Sən mənim ən qiymətlimsən, ən gözəl, vazkeçilməzimsən. Sevməklə bitməyənimsən, Sən mənim həqiqətimsən. Ən dərinimdə, ən içimdəsən. Sən mənim ən gözəl dərdimsən.

- Sevgi kəpənək kimidir. Arxasınca qaçdıqca səndən qaçar. Ən yaxşısı qoy, uçsun, bəlkə heç gözləmədiyin bir anda gəlib çiyninə qonar.

- Sevgi bəzən əlini ilk dəfə tutanda duyduğun o istilik, gözlərinə ilk dəfə baxanda gördüyün o işıq, bədəninə ilk dəfə yaxınlaşanda yaşadığın o ehtirasdır.

- Bil ki, yıxılmaq deyil insanları kədərləndirən. Əlindən tuturmuş kimi davranıb, əslində itələyənlərdir insanı həyatdan küsdürən.

- Ağrılarıma belə, həzz qatır eşqin. Bütün hüceyrələrimə toxunan məlhəm kimisən.

- Ya ürəyimi yerindən çıxart artıq səni sevməsin, ya ağlımı əlimdən al artıq səni düşünməsin, ya fəryadımı eşit gözlərimdən xəyalın silinməsin, ya da canımı al bu qədər acı çəkməsin.

- Eşqin göz yaşları isladarkən sevgilinin çiynini, niyə bu qədər gecikdiyini soruşur eşq mələyi.

- Ölüm dediyin nədir ki? Dönüşü olmayan tətil. Eşq dediyin nədir ki? Gəncliyi öldürən qatil.

- Biz səninlə tarix boyu gecikmiş eşqik. Vaxtında çatmadıq xəyal qırıqlarımızı daşıyan gəminin yola düşməyinə...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 8 487
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri