Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə çalışsan aşa bilməzsən onu.
Əgər bir insan sənin üçün həqiqətən də dəyərlidirsə, o sənə nə qədər acı yaşatsa da, sən onu bağışlayacaqsan...
Səni sevəni sevmək özünə vurğunluqdur. Səni sevməyəni sevmək, bax bu məhəbbətdir...
Könül almağı bacarmayana ömür əmanət edilməz..
Həyatdan dərs almağı bacaran insan xoşbəxtdir.
Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz.
Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.
Əlimdən bir şey gəlmir demə! Ovuclarında nə dualar gizlənir...