Ölə bilməkdir sevmək..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 7 811
Səs ver:
(səs: 2)
Ölə bilməkdir sevmək..

Sən sevgi nədir bilirsənmi,
Zaman zaman bir quzunun mələməsidir sevmək,
Əlləri göylərə açılanların duası,
Yanaqlara tökülən yaşların memarıdır sevmək,
Sevmək tapınmaqdır, sevmək ölmək, için için yanmaqdır sevmək,
Gecələri yuxusuz qalmaq, oyanıqkən yuxuya dalmaqdır sevmək,
Saatlarca yolları addımlamaq,
Xülyalarına daldığın gözəl günlərin xatiri,
Ürəyinin döyüntüsüdür sevmək,
Sevmək ağlamaq, sevmək gülməkdir, sevmək sevilə bilməkdir,
Bəzən yaşamaq, bəzən ölməkdir sevmək,
Düşən ulduzlara baxıb tutulan diləklərdir sevmək,
Buludlardan tökülər yağış olar bəzən,
Ardınca çıxan günəş kimidir sevmək,
 
Sən sevgi nədir bilirsənmi,
Sevgi ağacdadır, sevgi yaşılda, sevgi yanındadır,
Görməyənlərin aynası görənlərin dünyası,
Aşiqlərin yanmasıdır sevmək,
Sən sevgi nədir bilirsənmi ,
Sevmək Leyladadır, sevmək Məcnunda,
Sevmək Kərəmdədir, sevmək Əslidə,
Dağları deşmək, yollara düşə bilməkdir sevmək,
Dərdli dərdli bir siqaret yandırıb,
Dərin dərin bir of çəkməkdir sevmək,
Yaşlı anaların əllərindəki döyənəkdə,
Dərdli ataların halal tərindədir sevmək,
Yuvadakı quşda, yoldakı daşda,
Əyilən başda, tökülən yaşdadır sevmək,
 
Sən sevgi nədir bilirsənmi,
Sevmək acıdır, sevmək şirin,
Fevral soyuğunda yandırar bədənini,
İyul istisində üşüdər əllərini,
Və paylaşa bilməkdir bir loxma çörəyi,
Bir almanın iki yarısıdır sevmək,
Qarşılıqsız sevə bilmək, yollara düşə bilməkdir,
Və ölümü gözə ala bilməkdir sevmək,
Sən sevgi nədir bilirsənmi,
Sevgi budur ağlaya bilmək, gülə bilmək, ölə bilməkdir sevmək..

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 7 811
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri