Getdiyin gün yıxıldı dünyam

Müəllif: Meleknur
Şərhlər: 11
Baxılıb: 2 243
Səs ver:
(səs: 1)
Bu gün geriyə baxmaq istədim.
Bağladığım bir kitabı yenidən vərəqləmək istədim...
Səni xatırlamaq istədim.
Hüzün dolu göz yaşlarım axsın istədim,
səssiz, səmirsiz,səbəbs​iz...
Geriyə dönmək əlimdə olsaydı təqvimlərin
vərəqlərini cırardım tək-tək.
Qaytarardım geriyə səni, sənlə keçən günləri.
Bircə gülüşün üçün dünyaları verərdim.
Baxışında qeyb olub gedərdim.
Dünya mənimdi deyərdim..Aradan bu qədər zaman keçdi,
amma mən hələ də eyni yerdəyəm.
Nə geriyə dönə bilirəm, nə də irəliləyə bilirəm.
Səni unuda bilmirəm, sevdiyim.
Səni silə bilmirəm həyatımdan, ürəyimdən...
Nə yaxınlaşa bilirəm sənə,nə də uzaqlaşa bilirəm səndən.
Bəlkə də özüm istəmirəm bunu...
Bir dünyam vardı , içində yalnız mənim və sənin olduğun.
Getdiyin gün yıxıldı dünyam.
Bu dünyanı qurarkən bir şeyi unutmuşam.
Xəyallar heç vaxt gerçək olmur...
Amma heç nəyə baxmayaraq mən səni hələ də eyni sevgiylə sevirəm.
Bəlkə də səninçün mən çoxdan öldüm,
amma mən səni yaşadacam qəlbimdə sonsuza qədər.
Boş qalacaq ürəyim, səndən başqası
əsla olmayacaq, söz verdim sənə ölənə qədər...
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 243
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri