Beş adamla dost olma

Müəllif: heyatim_menim
Şərhlər: 10
Baxılıb: 5 174
Səs ver:
(səs: 0)
İmam Məhəmməd Mis rahiməhullah belə buyurdu:

Atam İmam Zeynəlabidin həzrətləri mənə:

"Beş sinif insanla danışma, yoldaş olma" deyə nəsihət etdi.

"Atacan, canım sənə fəda olsun! Beş sinif insan kimdir? deyə soruşdum. Buyurdu ki:

"Fasie (Allahu təalanın əmrlərinə uyğun gəlməyən) kimsə ilə yoldaş olma. Çünki o səni bir loxma yeməyə, bəlkə də bundan daha az bir mənfəətə satar. "" Daha azı nədir? "Deyə soruşdum. "Daha azı, əldə etmək üçün ehtiraslı olub da əldə edə bilmədiyi şeydir."

"Atacan ikincisi kimdir?"

"Xəsis ilə yoldaş olma! Çünki o, çox möhtac olduğun bir zamanda, malını qorumaq üçün səninlə əlaqəsini kəsər.

"Üçüncüsü kimdir?"

"Yalancı ilə yoldaş olma! Çünki o ilğım kimidir; yaxın olanı sənə uzaq göstərir. "

"Dördüncüsü kimdir?"

"Axmaq ilə yoldaş olma! Çünki o, sənə faydalı olmaq istəyərkən zərər verir. "

"Atacan beşincisi kimdir?"

"Sıla-ı rəhmi tərk edən, yaxın qohumlarıyla münasibəti kəsən kimsə ilə yoldaş olma! Çünki Quran-ı Kərimdə tam üç yerdə belə kimsənin lənətlənmiş olduğunu gördüm. "(Ravzurreyâhîn)
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 5 174
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri