Sadəcə oxuyun

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 927
Səs ver:
(səs: 2)

Sadəcə oxuyun

Səni sevdim, sabahı düşünmədən. Sonunun necə bitəcəyini bilmədən. Bəlkə də bilirdim. Bilirdim ki bu sevdanın sonu ancaq ayrılıqdı. Bilmədiyim tək bir şey vardı-səni niyə sevdiyim.Yox o da mənim günahım deyildi. Məgər mən istəmişdim sevməyi, məgər sevgi sorğu-suallamı gəlir?
Geriyə boylanıb baxanda bu bir nağıl kimi görünür. Sanki məni unutmaq üçün tale mənə danışdı bu nağılı. Mənsə bu nağılı real sandım. Beynimə, ruhuma həkk elədim.
Tale məni uyutmaq istədi. Amma düşünmədi ki, mən bu nağılın sədasə başımdaykən yata bilmərəm. Bu fikir qoymaz məni uyumağa. Bəlkə tale bu nağılı danışdı ki, acı dolu uşaqlıq xatirələrimi unudum. Amma bu nağıl reallıqdan betər oldu...
Bu nağıl-bir zaman içimdə ümid yaradan, yaşama sevinci bəxş edən- bu nağıl indi ömrümün parçalanmış, incidilmiş, əzilmiş bir vərəqi kimi qatlanıb. Mən bir gün onu səhifələyib aça bilərəm. Amma onu qaralanmış yazılarını silə, əziklərini düzəldə bilmərəm.
Bu nə qədər inanılmaz olsa da, mən yenidən doğulsaydım, yenidən bu nağıla uymaq istərdim.Amma .. yox, daha uyumazdım. Ayıq dinləyərdim, ayıq dinləyərdim ki, hər şeyi, hər kəsi xəyallarımdakı kimi deyil, olduğu kimi görə bilim.....
Bilmirsən Bəlkə ama sevgin qışın ortasında məni isidən günəş kimidir....

 

Redakte etdi: PRETTY GIRL 

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 927
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri