Aşiq olmaq istəyirəm!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 955
Səs ver:
(səs: 0)
Aşiq olmaq istəyirəm!
Çox deyil ki istədiyim, aşiq olmaq istəyirəm. Belə yaşaya yaşaya, doya doya eşqi udmaq istəyirəm . Çox sıxıldım adı eşq üçün keçmə, eşq kimi davranmaqdan. Özümü xoşbəxt etmək üçün oyun oynamaqdan... Aşiq olmaq istəyirəm, çox bir şey deyil əslində amma bəzən çox!  Əvvəl o gözləri tapacaqsan. İçində səma, yer üzü və sonsuzluq gizli olan, sənə bir möcüzəymiş kimi baxan o bir cüt gözü tapacaqsan.
Sonra o tapdığın gözün ürəyinə çatacaqsan. Ürəyinin nə qədəri təmiz qalmış deyə baxacaqsan. Baxdıqlarınla, gördüklərin eyni olacaq, o zaman güvən duyacaqsan. Sonra dodaqlarına toxunacaqsan, ruhun onun ruhu ilə bir olacaq. Ürəyinə dönüb soruşacaqsan sonra, sürətli döyünürmü deyə? Ardından sakitləşməsi üçün zaman tanıyacaqsan. Bir vaxt keçəcək, hələ əl-ələmiyik deyə düşünəcəksən.  Eyni şəkildə döyünürmü deyə ürəyini idarə edəcəksən...
Sonra ... Sonrası bizə qalmış!  Ya bir-birimizdən sıxılacağıq. Ürəklərimiz yavaşlayacaq, hər şey köhnə halına dönəcək, fırtına dinəcək və adiləşəcək baxışmalarımız.  Artıq nə mən onda, nədə o məndə dərin dənizlərin sonsuz azadlığını tapa bilməyəcək, ayrılacağıq. Ya da sevməyi bacaracağıq!
Eşqin üstündəkiləri çıxardıb, ürəyimizin baş tərəfinə oturdacağıq.Davamlı vasvası davranacağıq.  Acmı, yuxusuz mu deyə həmişə soruşacağam. Üstünə yorğan, ayağına üşümə deyə corab verəcəyəm. Özümdən belə daha çox dəyər göstərəcəm. Eşq lüm-lüt qalacaq sonunda, adı sevgi olacaq.  Bu eşq oyununu biz qazanacağıq!  Mən hara gedəcəyini xəyal etmirəm.
Yalnız ən sadə halıyla aşiq olmaq istəyirəm.  Bir cüt göz tapıb, ürəyim yerindən çıxacaqmış kimi döyünsün istəyirəm. Bəzən dualar da qəbul olunmur sanıram, yoxsa aşiq olmanın bu qədər çətin olduğunu da düşünmürəm...

Redakte etdi: PRETTY GIRL
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 955
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri