Sonsuz eşqin beş qaydası

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 303
Səs ver:
(səs: 0)

Beş qaydaya uyğun gəlməklə eşq sonsuza qədər sürərmi? Amerikanın məşhur psixoloqları bu mövzuda iddialı. Hər yaş qrupunda cütlər üzərində 16 il boyunca edilən araşdırmalarla çox sayda məlumatlar bir araya gətirildi.

Doğru adamı tapmaq, hələ hələ aşiq olmaq çox xüsusi bir haldır. Eşqin sonsuza qədər sürməsini kim istəməz ki?

Sosioloqlar, psixoloqlar və daha bir çox mütəxəssis, ‘sevənlər ayrılmasın' deyə illərdir araşdırmalar etmişlər. Bu araşdırmalar əsnasında cütləri boşanmaya itələyən problemləri tapıb masaya yatırtmaqdansa, çox vaxt xoşbəxt olanların seçdiyi bir üsula müraciət etmişlər: Hər əlaqəni nəzərdən keçirərkən, problemləri süzərək ayırd etmişlər. Bu üsulu onsuz da istifadə edən cütlər, digərlərindən daha ağıllı, daha zəngin ya da daha təhsilli deyil. Yalnız daha həyəcanlı bir əlaqə yaşamaqla birlikdə, bir-birilərinə daha çox anlayış və hörmət göstərirlər.

 

1- Eşqinizi təzələyin

Əlbəttə onu sevdiyiniz üçün birlikdəsiniz. Bunun şüuruyla əlaqəyə müsbət gözlə baxmasını bilirsinizsə, ona təkrar həyəcan hiss etməyə  uyğunsunuz deməkdir. Baxışlarından, gülüşündən, zarafatlarından və hərəkətlərindən yenə təsirlənərsiniz. Böhran yaşayan əlaqələrdə keçmiş və mənfiliklər təkrar təkrar masaya yatırdılır. Halbuki anlayış və hörmət, böhranlara qarşı çox təsirli bir peyvənddir. Mütəxəssislərə görə "Onun nəyi xoşuma gedir?" sualına cavab axtarsanız, müsbət düşünməyə başlarsınız. Bu üsulla eşqiniz yenidən cücərəcək.

 

2- Kiçik anların böyük təsirlərini yaşayın

Nahar süfrəsində, jurnallarını və bazar qəzetini götürmüş keflə oxuyarkən, qadın "Yeni filmlərlə əlaqədar şərhi oxudunmu?" deyə soruşar. Adam yalnız "Bəli, maraqlı" deyə cavablar və təkrar qəzetiylə maraqlanmağa davam edər. Maraqsızlıq kimi görünsə də gündəlik romantizmin də özü budur. Mütəxəssislərə görə şam işığında baş-başa yeyilən bir axşam yeməyindən çox, insanları bir-birinə bağlayan gündəlik həyatın yüzlərlə detalını paylaşmaqdır. 

3- Duyğularınızı paylaşın

Gerçək bir cüt yalnız yatağını, süfrəsini və pulqabısını paylaşmaqla qalmaz, gücünü də yoldaşıyla paylaşar. Xüsusilə hər fikirini qayda bilənlər, maraqlarına uyğun gəlməyən bir vəziyyət olduğunda dərhal müdafiə etməyə keçər, digərini tənqid etməyə, hətta onunla inadlaşmağa başlar. Statistikalara görə bu şəkildə davranan kişilərin 81% i  eşq xarabalıqlarıyla baş-başa qalır. Onun fikir və düşüncələrini qəbul etməkdə çətinlik çəkirsinizsə, bunu mütləq qarşılıqlı danışaraq aşmalısınız.

 

4- Doğru mübahisə etməyi bilin

Mütəxəssislərə görə xoşbəxt cütlərdə mübahisə keyfiyyətli başlayırkən, bəzi cütlərdə səviyyəsiz başladığı olur: "Sən buna təmizmi deyirsən? O halda sənin çirkli anlayışın necədir kim bilər?!" ya da "Ehtiyac duyduğumda heç yanımda olmadın ki onsuz da." Bu vəziyyətdə kişi özünü küncə sıxışmış hiss edər və özünü müdafiə etmək üçün qarşı hücuma keçər. Mübahisə uzlaşması bir tutum içində icra edən cütlər, sonrasında peşman ola biləcəkləri şeylər söyləməmək üçün, ən az 20 dəqiqəliyinə otağı tərk edərlər. Uzlaşmacı davranmaq, qarşınızdakının hər söylədiyini şərtsiz qəbul edəcəyiniz mənasını verməz. Qarşınızdakının dünyagörüşünü həqiqətən anlamağa çalışıb düşüncələrinə hörmət edin bəs edər.

 

5- Eşqin  xəritəsini çıxarın

İş dəyişdirmə, doğum və daşınma kimi bir çox həyati dəyişiklik, gözəl gedən bəzi əlaqələri bitirərkən, bəzilərini də gücləndirir. Ailə olmağa başlayan cütlərin 67% i bu böhranı yaşayır. Mütəxəssislərə görə həyatı paylaşdığınız adamın xəyallarını, ümidlərini və hədəflərini bilməniz, bu nöqtədə onu daha yaxşı anlamanıza köməkçi olur. Böhran dövrlərində bu məlumatlardan faydalana bilmək üçün mütəxəssislər sakit dövrlərinizdə bir ‘eşq xəritəsi' çıxarmanızı təklif edir. Bir-biriniz haqqında öyrənə bildiyiniz qədər çox şey öyrənin. Söhbətlərinizi bu məlumatlar işığında edəcək olsanız, böhranları başdan maneə törətmiş olarsınız.


Tərcümə etdi və hazırladı: PURE LOVE

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 303
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri